“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı əvvəlki səsləndirdiyim təkliflərim nəzərə alınmayıb. Ali təhsil qarşısında duran ciddi problemlərin həlli qanun layihəsində kənarda qalıb. İlk olaraq ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Bu, əsas məsələdir”. Bunu Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə UNEC-in rektoru Ədalət […]
“Harada görülüb ki, fakültəyə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin” – Deputat
“Vətəndaşlarımız gedib xaricdə təhsil ala bilərlər. Bu, onların hüququdur. Biz necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun? Amma universitetlər keyfiyyətli kadr buraxsın”. Bunu Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən dinləmədə deputat Musa Qasımlı deyib. “Harada görülüb ki, bir universitetin məsələn, hüquq fakültəsinə 75 nəfər […]
İlham Əliyev Roma Papasını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. […]
“Bazarlığa gedib, kəndir alıb və özünü asıb” – İntihar edən məmurun atası
Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib. Rauf Mehdiyevin atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev “Unikal”a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini qeyd edib: “Məni yandıran odur ki, Raufun heç bir problemi, […]
DYP-dən sürücülərə dumanlı hava ilə bağlı MÜRACİƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martın 13-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq ölkə ərazisində bəzi magistral yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, […]
Laçın-Xankəndi yolunda 92 GÜN
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 92 gündür davam edir. Hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın […]
Günün qoroskopu: durumun gərginləşdiyi məsələləri diqqətlə müşahidə edin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirikQoç – gərginlik sizi bir işi yarımçıq qoyub başqasına başlamağa vadar etməsin. Yaxın ətrafınızdakı insanlardan biri nüfuzundan yararlanaraq sizə təzyiq etmək istəyəcək. Situasiyalar təhlükəlidir. Qalmaqal, münaqişə, anlaşmaların pozulması, müqavilənin ləğv olunması, münasibətlərin kəsilməsi istisna deyil. Buğa – […]
İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi – FOTO
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları “iməcilik” adı altına məcburi əməyə cəlb edib.Bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib. Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin […]
İranda 39 milyondan çox insanın həyatı risk altındadır
İranda torpaq çökməsi kritik vəziyyətə çatıb. Bu barədə İranın Yol və Şəhərsalma Araşdırma Mərkəzinin akademik heyətinin üzvü Əli Beytullahi bildirib. Onun sözlərinə görə, torpaqların çökməsi 39 milyondan çox insanın həyatını risk altında qoyur: “Ölkədə torpağın çökməsi riski altında olan insanların sayı 39 milyon nəfər olaraq qiymətləndirilir ki, bu da bütün […]
Türkiyədə zəlzələdə ölənlərin sayı 48 min nəfərə çatır
Türkiyədə fevral ayının 6-da baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı artıb. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib. Onun sözlərinə görə, ölənlərin sayı artaraq 47 975 nəfərə çatıb. 935 722 şəxs isə zəlzələ bölgəsindən təxliyə edilib.