Bu gün Cəlilabad və Biləsuvar rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 12:00-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğan […]
İsrail ordusu Tehrandakı yeraltı ballistik raket sınaq obyektini vurub
İsrail Müdafiə Qüvvələri Tehrana gecə hava zərbələrinin növbəti seriyası çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün ballistik raketlərin hazırlanması və sınaqlarının aparılması üçün nəzərdə tutulan yeraltı obyekti vurub. Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib. “Ən mühüm zərbələrdən biri SEPAH-ın sərəncamında olan silah tədqiqat və hazırlama kompleksinə endirilib”, – rəsmi […]
Təxliyə olunan: “Proses yüksək səviyyədə həyata keçirildi”
Bu gün Omanın paytaxtı Maskatdan Bakıya təxliyə reysi ilə gətirilmiş Azərbaycan vətəndaşları jurnalistlərə açıqlamasında aidiyyəti dövlət qurumlarına minnətdarlıq ediblər. Təxliyə edilənlərdən biri Xəqani Süleymanov bildirib ki, Dubayda (Birləşmiş Ərəb Əmirlikləri – BƏƏ) 10 gün ərzində əla şəraitlə təmin olunublar və təxliyə prosesi yüksək səviyyədə həyata keçirilib. “Başda Prezident İlham Əliyev […]
Fidanla Əraqçi yenidən Türkiyə hava məkanının pozulmasını müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Bu barədə “Haber Global” nazirlikdəki mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, telefon danışığı zamanı H.Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və Türkiyənin buna qarşı bütün zəruri tədbirləri görməyə davam edəcəyini vurğulayıb. Nazir Fidan […]
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
Qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsi təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununu imzalayıb. Sənədə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilir, bir maddə […]
Dövlət Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik
Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş raket görmək istəmədiyini bildirib. O bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deyib. Baxçalının sözlərinə görə, Türkiyə qonşuluq hüququnu qorumaq istəyir: “Lakin Türkiyə elə bir ölkə deyil ki, […]
SEPAH: ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək
ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb. Məlumata görə, ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ərəb və ya Avropa ölkələrinin gəmiləri Hörmüz boğazından keçmə hüququna malik olacaq. Qeyd edək ki, ABŞ, İsrail və İran arasında […]
Azərbaycan neftinin qiyməti 103 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,41 ABŞ dolları və ya 8,89 % artaraq 103,03 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 102,84 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 […]