Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçiriləcəyi əraziyə baş çəkib.Nazir əvvəlcə son hazırlıq işləri ilə maraqlanıb, tapşırıq və tövsiyyələrini verib.Daha sonra o, ərazidə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktarla görüşüb.
Sabah bu rayonlarda qaz kəsiləcək
Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranmış qaz sızmalarının ləğvi və “Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədar, mayın 26-da saat 10:00-dan etibarən […]
Rusiya bombardmançıları Xəzər dənizi üzərində
Rusiya bombardmançılarının ekipajları Azov və Xəzər dənizləri üzərində hərbi təlimlər keçirib və qanadlı raketlərin şərti buraxılışını hazırlayıblar.Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik məlumat verib.Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən, Rusiyanın “Tu-22M3”, “Tu-95”, “Tu 160” uzaqmənzilli bombardmançı təyyarələrinin ekipajları Azov və Xəzər dənizləri üzərindən, eləcə də Rusiya Federasiyasının […]
“Azərbaycan bizim üçün hər zaman birincidir” – Bayraktar
“TEXNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalı Ukrayna, İndoneziya, Özbəkistan kimi ölkələrdə də keçiriləcəkBunu “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.“Əlbəttə bizim üçün qardaş ölkə Azərbaycan hər zaman birincidir. Düşünürəm ki, bu festival iki qardaş ölkənin kosmos dövlətinə çevrilməsi istiqamətində mühüm rol oynayacaq”, – […]
Prezident bu Sazişi təsdiqlədi
Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.Sənədə əsasən, 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
“Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb” – Mikayıl Cabbarov
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib. ““Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və dövriyyələrin şəffaflaşdırılması istiqamətində həyata keçirilən islahatlar qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının əhəmiyyətli artımına səbəb olub”, – nazir yazıb.
Malayziya Kralı İlham Əliyevi təbrik edib
Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda bildirilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına şəxsən öz adımdan və Kraliça adından ən səmimi təbriklərimi və […]
“Azərbaycanda qazın qiyməti heç nədir” – Nazir
“Ötən ilin əvvəlində Azərbaycanda yanacağın, qazın və digər məhsulların qiymətləri artırılıb”. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib. “Bu, çox ağır addım idi. Amma bu gün dünya miqyasında qazın qiymətinə […]
Sərhəd komissiyalarının növbəti görüşü gələn həftə keçiriləcək
“Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının ikinci görüşü gələn həftə Moskvada keçiriləcək”. Dogrusoztv.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko söyləyib. Xatırladaq ki, ötən gün əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin […]
Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir:“Hörmətli cənab Prezident, Əziz Qardaşım. Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul […]