Rusiya və Ukrayna “103-ün 103-ə” formulu ilə hərbi əsir mübadiləsi aparıb. Bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Rusiya 103 rusiyalı hərbi qulluqçunu geri qaytarıb, əvəzində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi əsirini təhvil verib.
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin bir qrup deputatı Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya keçiriləcək seçkiləri beynəlxalq müşahidəçi qismində izləmək məqsədilə avqustun 20-də bu ölkəyə səfər edəcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, deputatlar Səbinə Salmanova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA), Nəsib Məhəməliyev […]
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,27 ABŞ dolları və ya 3,58 % artaraq 94,58 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 92,72 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
UEFA Çempionlar Liqası: “Sabah” Buxarestdə “Hapoel”lə qarşılaşacaq
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk matçına çıxacaq. Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv səfərdə İsrail təmsilçisi “Hapoel”lə (Beer-Şeva) üz-üzə gələcək. Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək. Qeyd edək ki, komandalar arasında cavab […]
Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib
ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Amerikalılar üçün Tədqiqat İnstitutunun (RINA) təsisçisi və İdarə Heyətinin rəhbəri Sem Kliger, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramov, Nyu-York Ştat Assambleyasının üzvləri Mixail Novaxov və Alek Bruk Krasnı ilə görüşüb. Bu barədə Dövlət Komitəsindən məlumat […]
Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb
Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və tarixi məkanlarını da ziyarət edib. Yuşenko 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş ukraynalı təyyarəçi, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsini anıb. Ukraynanın sabiq prezidenti Şəhidlər xiyabanını da ziyarət […]
İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Çıxışına Azərbaycan dilində başlayan Dankan Norman dedi: “Zati-aliləri, həyat yoldaşım Kerri ilə mən 27 il əvvəl Azərbaycana ilk […]
Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul imtahanının nəticələrinə […]
Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
Ukrayna Silahlı Qüvvələri avqustun 17-də və 18-nə keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib. Burulan hədəflər pilotsuz uçuş aparatları (PUA) idarəetmə məntəqələri və sursat anbarıdır. Donetsk vilayətinin Karlovka ərazisindəki sursat anbarı vurulub. Bundan əlavə, Ukrayna hərbçiləri ölkənin Zaporojye və Donetsk vilayətlərində, eləcə də Rusiyanın Belqorod vilayətində Rusiya ordusuna […]
IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib
Beynəlxalq Cüdo Federasiyası (IJF – International Judo Federation) Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatının yekunları ilə bağlı yayımladığı məqalədə Azərbaycan paracüdoçusu İlham Zəkiyevin tarixi uğurunu turnirin əsas simvolik məqamlarından biri kimi qiymətləndirib. Bu barədə Milli Paralimpiya Komitəsindən bildirilib. Məqalədə qeyd olunur ki, çempionatın ikinci günündən yadda qalan ən […]