Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək. BiG.AZ-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 10-da keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir. Diğrusöztv.Az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident […]
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib. Doğrusöztv.Az xəbər verir ki, paylaşımda Ulu Öndərin aşağıdakı sözləri yer alıb: “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.
Rəsmi Bakıdan Ermənistana çağırış
Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq. Milli.Az-ın məlumatına görə, bu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədi boyunca təxribatları barədə bəyanatında deyilir. Qeyd edilir ki, Azərbaycan […]
Dövlət orqanlarının bütün əməkdaşlarına fevralın 1-dək vaxt verildi – QƏRAR
Gələn il fevralın 1-dən etibarən dövlət orqanlarının və bir sıra digər müəssisələrin bütün əməkdaşları ən azı 2 doza peyvənd olmalıdır. Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb. Belə ki, 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm […]
Gənclərlə səmərəli iş üçün yeni platformalar yaratmaq və inkişaf etdirmək lazımdır – Fərid Qayıbov
Gənclərlə səmərəli iş üçün yeni platformalar yaratmaq və inkişaf etdirmək lazımdır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov bu gün 2-ci Gənc sahibkarlar forumunda çıxışı zamanı deyib. “Azərbaycan Prezidenti İlham Əliyev məni bu vəzifəyə təyin etməzdən qabaq bir sıra tapşırıqlar verdi və hazırda bu tapşırıqlar çərçivəsində işlər […]
Azərbaycanda “Omikron” ştammına rast gəlinməyib – Hande Harmancı
Azərbaycanda hələlik “Omikron” ştammına rast gəlinməyib. Doğrusöztv.Az-ın məlumatına görə,bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşündə deyib. O qeyd edib ki, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir. “Vaksinasiya prosesinin geniş […]
“Altılıq” formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
Moskvada “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. Qeyd edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti […]
Şuşada məktəbin tikintisinə başlanılacaq
Şuşada 1 nömrəli məktəbin layihələndirmə işləri yekunlaşıb və tikintiyə başlanılacaq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. “Ağdam və Cəbrayılda layihələndirmə prosesi başlayıb. Prosesin 2022-ci ilin sonuna qədər bitməsi gözlənilir. Yəqin ki yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir. Bu çox […]
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub. Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir […]