Milli Məclis doğum günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilsin. Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar. Deputatlar Prezident İlham Əliyevə ailəsi ilə birlikdə can sağlığı, […]
Əli Əsədov: Türk İnvestisiya Fondu strateji əhəmiyyət daşıyır
Yeni yaradılmış formatda Hökumət başçılarının/Vitse-prezidentin ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək. Bunu Baş nazir Əli Əsədov II Azərbaycan Türkiyə İnvestisiya Forumunda deyib. “Əziz qardaşım, hörmətli Türkiyə Vitse-prezidenti Cevdet Yılmazı bu tədbirə ilk qonaq kimi dəvət edirəm. Sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ilk iclası zamanı […]
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,46 ABŞ dolları və ya 2,27% artaraq 65,71 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,25 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin […]
Lənkəran və Masallının bəzi ərazilərində işıq olmayacaq
Bu gün Lənkəran və Masallının bəzi ərazilərində elektrik enerjisi olmayacaq. “Azərişıq”dan verilən məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 23 dekabr tarixində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq “Hirkan” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbəsi, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin […]
Putin və Paşinyan Sankt-Peterburqda görüşüb
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda ikitərəfli görüş keçirib. Bu barədə Rusiya KİV məlumat yayıb. Görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfəri çərçivəsində baş tutub. Rusiya və Ermənistan liderlərinin əvvəlki görüşü sentyabrın 26-da Moskvada […]
Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsində dövlət ittihamçısı ona 18 il həbs cəzası istəyib. Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə zamanı hadisə şahidlərinin ifadələri dinlənilib. Həmçinin istintaq zamanı Avanesyanın hadisə baş verdiyi ərazidə dindirildiyi kadrlar nümayiş etdirilib. Çıxış edən […]
Dağıstanın rəhbəri Prezident İlham Əliyevi təbrik edib
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizin gərgin əməyiniz sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb. Çoxillik səmərəli fəaliyyətiniz, yüksək peşəkarlığınız və Vətənə sədaqətlə […]
Cevdet Yılmaz Orta Dəhlizin taleyini Azərbaycan və Türkiyənin müəyyənləşdirəcəyini bəyan edib
Orta Dəhlizin, Çin səddindən Avropaya uzanan ticarətin taleyi Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə şəkillənəcək.Bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib. Cevdet Yılmaz deyib ki, Azərbaycan və Türkiyə münasibətlərində 21-ci əsrin İpək Yolu adlandırılan Orta Dəhliz bu gün heç […]
Əhməd İsmayılov: Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır
Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır. Bunu “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı”mövzusunda keçirilən konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyük məsuliyyət tələb edir: “Rəqəmsal media mühitinin sürətli genişlənməsi, informasiyanın operativliyinin çox zaman dəqiqlik […]
Prezident İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım edib.Paylaşımda “2026-cı il – “Şəhərsalma və Memarlıq İli” sözləri yer alıb.