Qazaxıstan Baş naziri ölkədə aviasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı göstəriş verib

Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL təyyarəsinin qəzaya uğramasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsini tapşırıb. Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb. “Bu hadisə onu göstərir ki, biz də uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməliyik. Həyata keçirilən tədbirlər çərçivəsində aviasiya şirkətlərimizin hava gəmilərinin ekipajlarının […]

Qazaxıstan FHN: Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə Qazaxıstan FHN məlumat yayıb. Bildirilib ki, 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü daxil olmaqla həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə çatdırılıb. Məlumata əsasən, ekspertlər faciə yerində tapılan “qara qutu”nun üzərində işləyir və hadisə yerində 24 […]

Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

Müsəlman Ağsaqqalları Şurası Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda deyilir. “Şura Azərbaycan xalqına, Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz Uca Allahdan yaralananların […]

Rusiya FHN: Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib

Aktaudan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Moskvaya istiqamət götürüb. Təyyarə xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Rusiyanın paytaxtına çatdıracaq. Bu barədə Rusiyanın FHN-nin mətbuat xidməti məlumat yayıb. “Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının olduğu FHN-nin xüsusi təyyarəsi Aktau […]

Qazaxıstan Azərbaycan və Braziliya ilə birlikdə təyyarə qəzasını araşdıracaq

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması milli komissiya tərəfindən aparılır, orada Azərbaycan və Braziliya nümayəndələri də iştirak edəcək. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb. “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri Qazaxıstana səfərə gəlib. Ərazidə […]

Bu gün Azərbaycanda matəmdir

Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Prezident İlham Əliyev: Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var

Azərbaycan Prezidenti İlham Əliyev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm ona, həm də Azərbaycan ictimaiyyətinə məlumat verilməli olduğunu deyib. Bunu Prezident qəza ilə bağlı keçirdiyi müşavirədə deyib. Dövlət başçısı bildirib ki, ona verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus […]

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra dövlət başçısı AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı müşavirə keçirib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak […]

İran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib

İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Bu barədə İran Prezidentinin saytı məlumat yayıb. “Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbərinə çox məyus oldum. Sizə və Azərbaycan xalqına, xüsusən də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, […]

Paşinyan qəza ilə bağlı başsağlığı verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Paşinyan bu barədə “X” hesabında paylaşım edib. “Bakı-Qroznı reysində həlak olanların ailələrinə başsağlığı verirəm”, – deyə o qeyd edib.