NATO ilə tərəfdaşlıq Rəsmi Bakı üçün əhəmiyyətlidir. Bu barədə Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib. Məlumata görə, Azərbaycan-NATO tərəfdaşlığı öz əhəmiyyətini saxlayaraq, tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq davam etdirilib, qarşılıqlı səfərlər həyata keçirilib: “İl ərzində hərbi-siyasi məsələlər üzrə çoxtərəfli və ikitərəfli xarici siyasi […]
Saray qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən yeni marşrut xətti fəaliyyətə başlayır
Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə 29 dekabr tarixindən yeni 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edək ki, Saray qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları “BakuBus” MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə […]
Türkmənistan Moskvaya uçuşları dayandırıb
“Türkmənistan Hava Yolları” Moskvaya uçuşları bir aylıq dayandırıb. Bu barədə “Türkmənistan Hava Yolları” məlumat yayıb. Aşqabad – Moskva – Aşqabad marşrutu üzrə müntəzəm reyslərin dekabrın 30-dan yanvarın 31-dək ləğv edildiyi bildirilib.
Elvin Cəfərquliyev antirekordla yadda qaldı
2024-cü ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub. Dünyanın anrtirekordçularını İFFHS açıqlayıb. İl ərzində üç futbolçu hərəyə 4 qırmızı vərəqə alıb. Onlardan biri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevdir. O, Avropa Liqasının “Braqa”, “Bayer”, “Ayaks”, Misli Premyer Liqasının “Araz-Naxçıvan”la görüşlərində meydandan qovulub. İFFHS Elvinin qitəmiqyaslı eyni turnirdə bir təqvim ilində […]
2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb. Sənədə əsasən, Prezident […]
Cari tədris ilində tələbə qəbulu planı artırılıb
Cari tədris ilində tələbə qəbulu planı artırılıb, ali təhsil pilləsi üzrə 80 154 yer planlaşdırılıb və 74 000 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ilk dəfə olaraq doktorantura pilləsi üzrə bütün namizədlərin dövlət sifarişi hesabına qəbulu təmin edilib. Əmək bazarının […]
Polis Akademiyasının rəisi: Vəkil və polis arasında əməkdaşlıq mövcuddur
Hazırda vəkil və polis arasında əməkdaşlıq mövcuddur. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, general-mayor Canpolad Daanov 28 dekabr – Vəkil Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Vəkillər Kollegiyası fəaliyyəti dövründə çox böyük nailiyyətlər əldə edib: “Biz hüquqşünas ixtisası üzrə təhsil alan tələbələrdən gələcəkdəki fəaliyyətini […]
İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək nəqliyyat vasitələri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İsrail Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
İsrail hərbçiləri Yəmən tərəfindən atılan raketi hava məkanına çatmamış zərərsizləşdirib. Bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti xəbər yayıb. “Qüds və Ölü dəniz bölgələrində sirenlər işə salındıqdan sonra Yəməndən atılan raket ölkə ərazisinə keçmədən zərərsizləşdirilib”, – məlumatda bildirilir. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının […]
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb – SİYAHI
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; 5. […]