Təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək

Təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək.Bununla bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında öz əksini tapıb. Tədbirlər Planında qeyd olunub ki, il ərzində yeniyetmələr və gənclər üçün olimpiadaların, müsabiqələrin, marafonların, debatların və […]

Somalidə terrorçular hərbi bazaya hücum edib

“İslam Dövləti” (İŞİD) terror qruplaşması gecə Somalinin şimal-şərqində yerləşən Puntlend ştatındakı hərbi bazalara hücum edib. Bu barədə “Reuters” hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, terrorçular avtomobil və motosikletlərdən istifadə edərək partlayıcı qurğular tətbiq ediblər. “İŞİD döyüşçüləri minalanmış avtomobil və motosikletlərdən istifadə edərək bizə hücum etdilər. Döyüşlər hələ […]

Əfqanıstanda terrorçu-kamikadze partlayış törədib, 5 nəfər ölüb

Əfqanıstanın şimal-şərqində yerləşən Kunduz əyalətində “Kabul Bank”ın şöbəsi yaxınlığında terrorçu-kamikadze tərəfindən törədilən terror aktı nəticəsində ən azı beş nəfər ölüb.Partlayış səhər saat 08:35-də baş verib. Qurbanlar arasında bankın mühafizəçisi, eləcə də mülki şəxslər və “Taliban” hərəkatının üzvləri də daxil olmaqla dörd nəfər var. Bundan başqa, yeddi nəfər yaralanıb. Əyalət polisinin […]

“Rus Evi”nin binasındakı lövhə sökülür – Fotolar

Bakıda “Rus Evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür. Artıq mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb. Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi […]

Sabah Biləsuvarda 1200 abonentin qazı kəsiləcək

Sabah Biləsuvar şəhərinin bir hissəsi və iki kəndin qaz təchizatında fasilə olacaq. “Report”un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhər ərazisində Peşə liseyi məktəbinin qaz xəttinin mövcud mənbəyə qoşulması üçün H.Əliyev küçəsi, Upromxor, Təyyarə meydanı yaşayış massivi, Muğan və Yuxarı Ağalı kəndlərinin, ümumilikdə 1200 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər […]

Prezident Pezeşkianı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına […]

Azərbaycanda un bahalaşdı – Siyahı

Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb. “Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ötən həftə ilə müqayisədə topdansatış bazarda un bahalaşıb. Belə ki, un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar Açıqlanan rəsmi məlumata görə, hazırda ölkədə 50 kq-lıq unun topdansatış qiyməti 26,50 – 28,2 manat aralığında dəyişir.  Ən ucuz un növü bazara “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu […]

Azərbaycanda qadınlar elm və təhsil sahəsində liderdir

11 fevral – “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Günü kimi qeyd edilirBu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunu vurğulamaqdır. Azərbaycan elminin inkişafında qadınların aktivliyi hər keçən il daha da artır. 2023-cü ilin göstəricilərinə əsasən ölkəmizdə elmi işçilərin 59,2 faizi qadınlardır. Ötən il də doktorantura pilləsində […]

İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi – Fərman

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 milyard 941 milyon 690 min manat, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 milyard 571 milyon 690 min manat olacaq. Müəyyən edilib ki, 2025-ci […]

Rumıniya Prezidenti istefa verəcək

Rumıniya Prezidenti Klaus İohannis fevralın 12-də istefa verəcəyini bəyan edib.Bu barədə xarici KİV məlumat yayıb. K.İohannisin prezident səlahiyyətləri seçkilərin ləğvi fonunda dekabrın 21-də başa çatıb. Rumıniyanın müxalifət partiyaları bu gün parlamentdə onun impiçmenti məsələsini qeydiyyata almağı planlaşdırırdılar. Ölkədə prezident seçkiləri mayın 4-nə təyin edilib. Daha əvvəl K.İohannis istefa verməyəcəyini bəyan […]