Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. Sorğuda iştirak haqqı 20 manatdır. İddiaçılar təkliflərini fevralın 28-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın […]
İki bələdiyyəyə seçkilər etibarsız sayılıb
İki bələdiyyəyə seçkilər etibarsız sayılıb. Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib. Seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından, MSK-nın qərarı ilə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə […]
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, 2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur. “Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, […]
MN hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı müraciət edib
Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib. “İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş […]
Paşinyan və Koşta Münxendə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta fevralın 14-də Münxen konfransı çərçivəsində görüş keçirərək Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Bu barədə N.Paşinyan “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Münxen konfransının kuluarlarında Avropa İttifaqı Şurasının prezidenti ilə fikir mübadiləsi aparılıb. Biz […]
Azərbaycanda sığortalılar elektron yolla müstəqil ekspert çağıra biləcəklər
Azərbaycanda sığorta hadisəsi baş verən zaman müstəqil ekspertləri İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi üzərindən təyin etmək mümkün olacaq. Bunu Büronun baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib. “Yol-nəqliyyat hadisəsi baş verdikdə qiymətləndirmə aparılır və bu, 7 iş günündə həyata keçirilməlidir. Əgər zərərçəkmiş qiymətləndirmədən narazı qalarsa, […]
Ağdamda yük maşını minaya DÜŞDÜ
Ağdamın Baş Qərvənd kəndində mina partlayıb. Yük maşını minaya düşüb. Mina partlaması nəticəsində ərazidə işləyən “Howo” markalı yük maşınına ziyan dəyib. Xəsarət alan olmadığı bildirilir.
Milli Məclisdə iclas: gündəlikdə 15 məsələ var – SİYAHI
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib. 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi. 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi […]
Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 14-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Somali Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov […]
Göygöldə dəhşət: Ər arvadının qulağını KƏSDİ
Göygöl Rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirilib. O qeyd edib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin […]