Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,19 ABŞ dolları, yaxud 0,25 % azalaraq 76,71 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 74,57 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light […]

ABŞ Rusiya ilə Ukraynadakı vəziyyəti nizamlamaq üçün nə etməyə hazır olduğunu müzakirə etmək istəyir

Rusiya ilə növbəti danışıqlarda ABŞ Moskvanın Ukraynadakı münaqişənin həlli üçün nə etməyə hazır olduğunu müzakirə etməyi gözləyir. Bunu ABŞ dövlət katibi Marko Rubio “Breitbart News”a müsahibəsində deyib. Onun sözlərinə görə, Ər-Riyadda keçirilən danışıqlarda Rusiya nümayəndələri açıq şəkildə bildiriblər ki, Moskva Ukraynadakı münaqişənin düzgün şərtlərlə bitməsində maraqlıdır: “Biz bu şərtlərin nə […]

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, “Koroğlu” m/st istiqamətində; 5. […]

Bu gün Novruzun ilk – Su çərşənbəsidir

Bu gün Novruzun ilk – Su çərşənbəsidir. Su çərşənbəsi ilə qədim bayrama hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya […]

Azərbaycanın sərhədyanı ərazilərində telekomunikasiya qurğularının tikintisi qaydası dəyişib

Nazirlər Kabineti 6 yanvar 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Sərhədyanı ərazilərdə, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra nəzərdə tutulan işlərin […]

Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur

Erməni generalı Levon Minasyanın Xocalı soyqrımını törətməsi barədə 2023-cü ildə etirafını ictimailəşdirən gürcü bloger Tako Tamuna ölümlə təhdid olunur. “Report”a bu barədə məlumat verən bloger qeyd edib ki, bu təhdidlər səbəbindən mətbuata başqa şərh verə bilmir.   Xatırladaq ki, 2023-cü ildə TikTok platformasında bloger Tako Tamuna ilə erməni generalı Levon Minasyan […]

İlham Əliyev: Azərbaycan Pakistanla beynəlxalq təsisatlarda bir-birini dəstəkləməkdə davam edəcək

Azərbaycan Pakistanla beynəlxalq təsisatlarda bir-birini dəstəkləməkdə davam edəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 24-də Pakistanının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşündə deyib. Dövlət başçısı əminliklə ifadə edib ki, səfər ölkələr arasında qardaşlıq əlaqələrini gücləndirəcək. “Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi […]

Lavrov bu gün Ərdoğanla görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 23-ü axşam saatlarında Ankaraya gedib.Lavrovun fevralın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır. Gündəliyə Rusiya-Ukrayna müharibəsi, regional problemlər və ikitərəfli münasibətlər daxil olacaq. Türkiyənin hökumət mətbuatı qeyd edir ki, görüş Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümünə təsadüf etdiyi üçün son dərəcə əhəmiyyətlidir və indi […]

Ombudsman 2024-cü il üzrə məruzəsini təqdim etdi

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2024-cü il üzrə məruzəsi hazırlanıb. Cari il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında […]

Erməni deputatın ölümü – qəza yoxsa qətl? – ŞƏRH

Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı Mher Saakyanın ölümündən bir aydan çox vaxt ötüb. Amma bu günə qədər  də onun başına nə gəldiyi, avtomobilin hansı şəraitdə dərəyə yuvarlandığı və deputatın necə öldüyü aydın deyil. Maraqlıdır ki, İstintaq Komitəsi bu günə qədər də təyin olunmuş ekspertizalarla bağlı rəyləri hələ də almayıb. Qısacası, […]