Biləsuvarda 16 min abonentin qaz təchizatı bərpa edilib 

Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında yaranan fasilə aradan qaldırılıb. Artıq qazın verilişi bərpa olunub. Qeyd edək ki, Biləsuvar rayonu ərazisində yerləşən qaz tənzimləyici qurğunun dəyişdirilməsi ilə əlaqədar qazın nəqlinin dayandırılması zərurəti yaranıb. Bu səbəbdən, bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək rayon ərazisində bir şəhər, bir qəsəbə […]

Mikayıl Cabbarov: “Azərbaycan “yaşıl keçid” prosesini inkişaf etdirmək məqsədinə sadiqdir”

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) qlobal iqtisadi artımın və “yaşıl keçid”in sürətlənməsinə təkan verən investisiyaları mühüm əhəmiyyət kəsb edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bankın Müdirlər Şurasının plenar sessiyasında çıxışı zamanı deyib. “Azərbaycan qlobal çağırışların həlli və “yaşıl keçid” prosesini inkişaf etdirmək məqsədlərinə sadiqdir. Ölkəmiz COP29-a ev sahibliyi etməklə […]

Azərbaycanda uşaqlarla bağlı texniki reqlament layihələri hazırlanıb

“Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş malların təhlükəsizliyinə dair texniki reqlament” və “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” layihələri ictimai müzakirəyə təqdim olunub. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hər iki layihə ilə bağlı ictimai müzakirə […]

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatını təqdim edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, F.Əliyeva Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və təbriklərini ustad xanəndəyə çatdırıb. A.Babayev Ümummilli Lider Heydər Əliyevin […]

Bahar Muradova: Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir

Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfransda deyib. O qeyd edib ki, bunu həyata keçirmək üçün xüsusi […]

Azərbaycan metanol istehsalını 4 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 196,5 min ton həcmində metanol (metil spirit) istehsal olunub. Bu, 2024-cü ilin 4 ayı ilə müqayisədə 4,4 % çoxdur. Bu il mayın 1-nə 19 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın […]

Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin aprelin 11-də qəbul etdiyi Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Həmin qanunlar “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli […]

Ərdoğan və Zelenski Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan əvvəl görüşəcəklər – YENİLƏNİB

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların başlanmasından əvvəl Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski Ankarada görüşəcəklər. Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb. *** Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların nahardan sonra başlanması gözlənilir. Bu barədə “RİA Novosti” mənbəyə istinadən xəbər verib. Qeyd […]

I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin hamısı hərbçidir. Sabah dəfn olunacaq itkin-şəhidlər Məmmədov Yusif Mirzəli oğlu, Rüstəmov Miriş Məhəmməd oğlu, Məmmədov Muxtar Bayram oğlu, Abbasov Abuzər […]