ABŞ-nin “UCLA Health” (Los-Ancelesdəki Kaliforniya Universiteti ilə əlaqəli Dövlət Səhiyyə Sistemi – red.) alimləri ilk dəfə olaraq insanda alzheymer xəstəliyini inkişaf etdirə biləcəyi 4 xarakterik ssenarini müəyyən ediblər. Araşdırmanın nəticələri “eBioMedicine” jurnalında dərc olunub. Fərdi risk faktorlarını nəzərdən keçirmək əvəzinə, tədqiqat 24 mindən çox xəstəlik tarixçəsini təhlil edib və nəticədə […]
“Tərlan – 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəlib
Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan – 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan cəlb olunan heyət ölkəmizə gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. HHQ-nin “N” hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi […]
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayacaq. Nazirlər Kabinetinə isə Sərəncamdan […]
Emin Əmrullayev: “Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atdı”
18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb. Bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi feysbuk hesabında yazıb. ABF rəhbəri tarixi qalibiyyət münasibəti ilə yığmanı təbrik edib: “Sizə afərin, sizə əhsən. Böyük […]
BİZİM TƏQVİM: 5 iyul tarixində baş vermiş mühüm hadisələr
5 iyul 1921-ci ildə Rusiya Kommunist Partiyası Qafqaz Bürosunun iclasında keçmiş Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə büroda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsinə çalışsalar da, N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin etirazı və RK(b)P MK-nın işə qarışması […]
İsrail HƏMAS-ın Qəzza ilə bağlı son atəşkəs təklifinə cavabını nəzərdən keçirir
İsrail Fələstinin radikal HƏMAS hərəkatından Qəzza zolağında atəşkəslə bağlı son təklifə cavab aldığını təsdiqləyib. Bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb. Məlumata görə, İsrail hazırda sənədi öyrənir. Bundan əvvəl HƏMAS teleqram kanalında hərəkatın vasitəçilərə müsbət cavab verdiyini və müzakirə olunan təklifin həyata keçirilməsi ilə bağlı dərhal danışıqlara başlamağa hazır […]
ECO sammiti: Xankəndi qlobal məsələlərin müzakirə meydanına çevrilir – ŞƏRH
Azərbaycanın yürütdüyü müstəqil və balanslı xarici siyasət, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr öz bəhrəsini verməkdədir. COP29-un (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ardınca daha bir beynəlxalq tədbir Azərbaycanda reallaşdı. Bu dəfə işğaldan azad edilən Qarabağın mərkəzində – Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi.COP29-nun keçirildiyi […]
Mikayıl Cabbarov: ECO biznes-forumu 200-dən çox iştirakçı toplayıb
İyulun 2-də Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) VI biznes-forumu 200-dən çox iştirakçı toplayıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ECO-nun 17-ci Zirvə görüşündə bildirib. Onun sözlərinə görə, bu forum İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli platforma olub. “Tədbirdə əsas diqqət sektorlararası qarşılıqlı əlaqənin dərinləşdirilməsi, […]
Üç şəhid Kəlbəcərdə dəfn olundu – GÖRÜNTÜLƏR
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin nəşlərinin qalıqları dəfn olunmaq üçün Kəlbəcər rayonuna gətirilib. Kəlbəcər şəhərinin Şəhidlər xiyabanında keçirilən vida mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, […]
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inandığını bildirib. Bunu dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib. Ərdoğan qeyd edib ki, sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır. “Türkiyə olaraq 2053-cu il üçün sıfır emissiyaya çatmaq və inkişaf yolunu […]