Azərbaycanda qablaşdırılan dərmanlar tender zamanı 5 il yerli mal hesab olunacaq

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə 19 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi ölkə ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il […]

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının (AMB) Valyuta ehtiyatlarının idarə edilməsi Departamentinə direktor təyin edilib. Bu vəzifə Rəna Cəlilovaya həvalə olunub. O, 2010-cu ildən AMB-də – Risk idarəetmə, Bazar əməliyyatları departamentlərində müxtəlif vəzifələrdə çalışıb. Lakin 2017-ci ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək Avropa Sabitlik Mexanizmində portfel meneceri vəzifəsində çalışıb.

Rəşad Nəbiyev Füzulidə vətəndaşları qəbul edəcək

İyulun 25-də, saat 09:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Füzuli rayonunun Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarının sakinlərini qəbul edəcək. Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula iyulun 24-nə qədər nazirliyin […]

Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrıldı – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,1 milyon manat ayrılıb. […]

Prezidentdən Milli Mətbuat Günü ilə bağlı – Paylaşım

Azərbaycan Prezidenti İlham Əliyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib.Paylaşımda deyilir: “Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm. Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Xankəndi, 19 iyul 2025-ci ilIII […]

Rusiyada saxlanılan daha 4 azərbaycanlıya – Bu qədər həbs cəzası verildi

Moskvada 1000-dən çox miqranta saxta sənədlər düzəltməkdə ittiham olunan 4 azərbaycanlı saxlanılıb. Bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, Rusiya və Azərbaycan vətəndaşlığı olan 4 nəfər barəsində Çertanovski Rayon Məhkəməsinin hökmü qüvvəyə minib. İlham Məmmədov, Ədalət Rəcəbov, Qüdrət Mustafayev və Hüseyn Rəcəbli qanunsuz miqrasiyanın təşkilinə görə 2 ildən 5 […]

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, […]

Sumqayıtda dənizdə azyaşlı qıcolmadan ölüb

Sumqayıtda faciəvi hadisə baş verib. 2011-ci il təvəllüdlü Məcidov Azər dənizdə çimərkən qəfil qıcolma (epileptik tutma) keçirib. Hadisə şahidlərinin bildirdiyinə görə, azyaşlı suya girdikdən dərhal sonra epileptik tutmaya məruz qalıb və huşunu itirib. Yaxınları dərhal kömək göstərərək onu xəstəxanaya çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Prezidentinin köməkçisinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb. Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda Azərbaycan Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanan və uydurma iddiaların yer aldığı bu açıqlamanın ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsi olduğu […]

Prezident milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələri təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Aslanov Qədir Təyyar oğlu Babayev Salman Alı oğlu Bayramova Nəzakət Ələddin qızı Cəfərli Minijə Cəmşid […]