Sumqayıtda dənizdə azyaşlı qıcolmadan ölüb

Oxunma vaxtı:15 Saniyə

Sumqayıtda faciəvi hadisə baş verib.

2011-ci il təvəllüdlü Məcidov Azər dənizdə çimərkən qəfil qıcolma (epileptik tutma) keçirib.

Hadisə şahidlərinin bildirdiyinə görə, azyaşlı suya girdikdən dərhal sonra epileptik tutmaya məruz qalıb və huşunu itirib. Yaxınları dərhal kömək göstərərək onu xəstəxanaya çatdırıblar.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Loading

Next Post

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, […]