2 avqust – Azərbaycan Kinosu Günüdür

Bu gün Azərbaycan Kinosu Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bu gün Azərbaycan kinosunun yaranmasının 127-ci ildönümü tamam olur. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də […]

DİN: Qarabağa səfər edənlər “E-Polis”dən icazə ala bilərlər

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, artıq bu yeniliklər sayəsində işğaldan azad olunan bölgələrə səfərlərdə icazə prosesi daha sürətli və rahat təşkil olunur: “Mobil tətbiqə yeni əlavə edilən […]

Magistraturaya sənəd qəbulu avqustun 4-dək uzadılıb

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 2025-ci ilin 4 avqust tarixinədək uzadılıb. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

Baş prokuror paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai rayon prokurorluğunun inzibati binasında Xətai rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd edilib ki, qəbulda iştirak edən 33 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları […]

Prezident nekroloq imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün […]

Nazirlik Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (310 xal) üçüncü olub. Növbəti sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi […]

Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar […]

Xalq artisti Arif Babayev vəfat edib

Xalq artisti Arif Babayev vəfat edib. O bu gün vəfat edib. Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib. Qeyd edək ki, Arif Babayev 20 fevral […]