Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 20654 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il avqust ayının 1-i vəziyyətinə 10245543 nəfərə çatıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Polşa XİN rəhbəri Kiyevdə səfərdədir
Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevə gedib. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Azərbaycan neftinin qiyməti 68 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,90 ABŞ dolları, yaxud 1,30 % azalaraq 68,12 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 66,30 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq
Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər xəttində 12 sentyabrda təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” məlumat yayıb. Bununla əlaqədar olaraq saat 09:30-dan 16:00-dək şəhər ərazisində 20 Yanvar, İsi Səmədzadə, Üzeyir Hacıbəyov, Şirəli Axundov, Kələntərlilər, Fikrət […]
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Binəqədi şosesi, […]
İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq
Musiqi, incəsənət məktəb və mərkəzlərinin pedaqoji fəaliyyətində xüsusi nailiyyətlər göstərən müəllimlərinə “Üzeyir Hacıbəyli Mükafatı” təqdim olunacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlik və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının həyata keçirdiyi layihə çərçivəsində ümumilikdə 25 müəllim müxtəlif sahələr üzrə mükafatlandırılacaq. Namizədlərin seçimi müsabiqə yolu ilə aparılacaq və iki mərhələdən […]
Ter-Petrosyan Zəngəzur dəhlizi əvəzinə Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Zəngəzur dəhlizindən danışıb. Ter-Petrosyan “ilur.am”a açıqlamasında “Zəngəzur dəhlizi” əvəzinə “Zəngəzur Nəqliyyat Qovşağı”ndan istifadəni təklif edib. Levon Ter-Petrosyan hesab edir ki, “Zəngəzur Nəqliyyat Qovşağı” ifadəsini işlətmək daha düzgün olar. Onun sözlərinə görə, Ermənistan bu marşrurutun təhlükəsizliyinə tam təminat verə bilər. “Bu məsələdə Ermənistan istər-istəməz öz strateji […]
Ərdəbillə Azərbaycan arasında iqtisadi əməkdaşlıq artırılacaq
İranın Ərdəbil vilayəti (ostandarlıq) Azərbaycan ilə sərhəddir və bu vilayət ilə Azərbaycan arasındakı iqtisadi əlaqələri daha da inkişaf etdirmək olar. Bunun üçün hər iki dövlətin sərhədyanı regionunun iqtisadi potensialı var. Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Ərdəbil vilayətinə səfəri çərçivəsində yerli iş adamları ilə görüşü zamanı deyib. O bildirib ki, […]
Sabah Hadrut və Xocalının Badara kəndinə ilk köç olacaq
Sabah Hadrut və Xocalının Badara kəndinə ilk köç olacaq. Sentyabrın 12-də Xocavənd rayonunun Hadrut qəsəbəsi və Xocalı rayonunun Badara kəndinə ilk köç yola salınacaq.
Küləkli hava şəraiti həftə sonunadək davam edəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.