Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının (AİPA) sessiyasında iştirak etmək məqsədilə Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Sahibə Qafarova Qadın Siyasi […]
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM
Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir ki, 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur. “Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını […]
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
ABŞ Dövlət Departamenti İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı olaraq tanıyıb. Bu barədə məlumat departamentin saytında dərc olunub. Sözügedən qruplaşmalar “Hərəkət əl-Nücəba”, “Kətaib Seyyid əl-Şühəda”, “Hərəkət Ənsar Allah əl-Əvfiya” və “Kataib əl-İmam Əli”dir. ABŞ Dövlət Departamenti “İranı dünyada terrorizmin sponsoru” adlandırıb və rəsmi Tehranın bu qruplaşmalara hər cür dəstək göstərdiyini […]
Metro bu günlərdə gecə 2-ə qədər işləyəcək
“Bakı Metropoliteni” QSC “Formula 1 üzrə Azərbaycan Qran-prisi” ilə əlaqədar iş rejimində dəyişiklik edəcək. Bu barədə qurumun yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin müraciətinə əsasən, sentyabrın 19-20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metropolitenin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Paytaxtda keçirilən […]
Roma Papası İsrail və HƏMAS-ı atəşkəsə çağırıb
Roma Papası Lev XIV İsrail ordusunun Qəzza şəhərinə hücumu ilə əlaqədar İsrail və HƏMAS arasında atəşkəsə yenidən çağırış edib. Bu barədə “Reuters” məlumat yayıb. Roma Papası Qəzza zolağında fələstinlilərin düşdüyü vəziyyəti pisləyərək mülki əhali ilə həmrəyliyini ifadə edib: “Mən Qəzza zolağında qorxu içində yaşamağa davam edən və bu şəraitdə sağ […]
“Bakı Kart”a yeni direktor təyin edilib
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC-yeni yeni direktor təyin edilib. Bu, Rüfət Babakişiyevdir. O, şirkətin rəhbərliyində Məmməd Allahverdiyevi əvəz edib. “K Group” 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 12,525 milyon manatdır.
Rusiya ordusu strateji şəhərə DAXİL OLDU
Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərində döyüşlər daha da şiddətlənib. Bu barədə “Deep State” jərbi analitik platforması məlumat yayıb. Məlumata görə, Rusiya ordusu şəhərə yalnız şimaldan deyil, həm də şimal-qərbdən daxil olaraq yaşayış massivlərində möhkəmlənib. Mənbələr bildirir ki, şimal istiqamətindəki “boz zona” artıq şəhər mərkəzinə qədər genişlənib və küçə döyüşləri davam […]
Azərbaycanda institutun adı dəyişdi – QƏRAR
Nazilər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adının dəyişdirilməsi və bununla əlaqədar bəzi qərarlarında dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, İnstitut bundan sonra Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılacaq.
Prezident “Qarabağ”ı təbrik etdi
Prezident İlham Əliyev “Qarabağ” Futbol Klubunu təbrik edib. Təbrikdə deyilir: “Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. “Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində […]
ABŞ-də Çarli Kirkin qətlində təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb
ABŞ-li fəal mühafizəkar Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Ceyms Robinson videobağlantı vasitəsilə ilk dəfə məhkəmə qarşısına çıxarılıb. Bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb. “Hakim ona qarşı irəli sürülən ittihamları oxuyanda 22 yaşlı gənc fikri dağınıq və laqeyd görünürdü”, – qəzet qeyd edib. Bildirilir ki, təqsirləndirilən şəxsin intihara […]