Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,04 ABŞ dolları və ya 0,06% azalaraq 71.71 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71.75 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan […]

Qaxda qəza – Ölən və xəsarət alan var

Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, rayon sakini Seyfəddin Əhmədov taksi xidməti göstərdiyi “VAZ-21015” markalı avomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və maneəyə çırpılıb. S. Əhmədov və müştəri qismində daşıdığı sərnişini xəstəxanaya çatdırılsa da, sürücünün […]

Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb

Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb. Hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Abdulzadə Vəfadar Tapdıq oğlu hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Paytaxtda 18 istiqamətdə tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. “20 Yanvar” dairəsində; 5. […]

Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək

Azərbaycanda kino sənayesində dövlət sifarişi sistemi, dəyər zənciri, o cümlədən kütləvi nümayiş və yayım sistemi təkmilləşdiriləcək. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb. Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə […]

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib – SƏRƏNCAM

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirməli, konsepsiyada […]

Samir Rzayev AZAL-ın ötən il əldə etdiyi göstəriciləri açıqlayıb – RƏQƏMLƏR

“Azərbaycan Hava Yolları” üçün 2025-ci il ümumi və tranzit sərnişin sayında artımla yadda qaldı. Yeni istiqamətlərin açılması, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, donanmanın modernləşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində atılan addımlar AZAL-ın müasir tələblərə cavab verən aviaşirkət kimi mövqeyini daha da gücləndirdi. Bu barədə AZAL prezidenti Samir Rzayev öz sosial şəbəkə hesabında […]

ABŞ-İran münasibətlərində həll yolu: diplomatiya, yoxsa hərbi aksiya – ŞƏRH

İranda iqtisadi, sosial məsələlərlə bağlı başlayan etiraz aksiyaları yatırılır. Aksiyalar əvvəlki gücünü saxlaya bilmir. Onlara qarşı güc tətbiqi nəticəsində yüzlərlə ölən və yaralananların olduğuna dair xəbərlər də yayılıb. Saxlanılan və həbs olunanlarla bağlı dəqiq məlumat yoxdur.İranda İnsan Hüquqları Müdafiəsi Təşkilatının (HRANA) yaydığı məlumata əsasən, etirazlar zamanı ən azı 2571 nəfər […]

Səhiyyə Nazirliyi internetdən alınan dərmanlarla bağlı əhaliyə çağırış edib

“İnternet üzərindən alınan dərmanların mənşəyi məlum olmur. Bu məhsullar, əsasən, bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir”. Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib. O bildirib ki, həkim məsləhəti olmadan hər hansı dərman və ya əlavə qəbul etmək düzgün deyil: […]

ƏSF-in Elektron Auksion Portalında satışlar davam etdirilir

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən yaradılmış Elektron Auksion Portalı (auction.adif.az) vasitəsilə ləğv prosesində olan bankların balansında mövcud daşınar əmlakların satışı davam etdirilir. Portal açıq, şəffaf və rəqabətli satış mexanizmi təqdim etməklə həm fiziki, həm də hüquqi şəxslər üçün əlçatan alış mühiti yaradır. Fonddan verilən məlumata görə, satışa çıxarılan məhsullar əsasən […]