Tehranda Türkiyə və Rusiya liderləri görüşdü: Putin Ərdoğana təşəkkür etdi

Astana üçlüyünün sammitində iştirak etmək üçün İrana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirib. Görüş zamanı Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələləri, iqtisadi və ticarət sahəsində layihələrin həyata keçirilməsi müzakirə olunub. Həmçinin bir sıra beynəlxalq mövzular, o cümlədən Suriya və Ukrayna ilə bağlı vəziyyət, […]

29 illik həsrətə son: Böyük qayıdış başladı – VİDEO

Bu gün 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Baku TV-nin çəkiliş qrupu doğma yurdlarına qayıdan sakinlərin köç prosesini işıqlandırıb.29 illik həsrətlərinin sona çatdığını deyən sakinlər Ağalıya qayıtdıqları üçün sevinclərinin həddi-hüdudu olmadığını bildiriblər. Qeyd edək ki, qarşıdakı beş gün ərzində daha 41 ailənin kəndə köçürülməsi nəzərdə tutulub. Bununla da iyulun […]

DİN-də yeni TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Musayev Şahin Şakir oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq həmin İdarənin rəis müavini təyin olunub. Qeyd edək ki […]

Sabah hava necə olacaq?

İyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi arabir əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 31-36, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]

“Azərsığorta”nın Direktorlar Şurasının tərkibi TƏSDİQ EDİLDİ

Prezident İlham Əliyev “Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib: Direktorlar Şurasının sədri: Azər Bayramov – maliyyə nazirinin müavini Direktorlar Şurasının üzvləri: Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Gündüz Əliyev – Maliyyə Nazirliyinin Maliyyə xidmətləri […]

“Azərbaycan daha 28 il gözləməyəcək” – Türkiyəli general XİN rəsmilərinin görüşü haqda – MÜSAHİBƏ

“Ermənistan qardaşları olan Moskva və Brüsselin verdiyi vədləri vaxtında yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan özü müzəffər ordusu ilə buna nail olacaq”. Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. Mütəxəssis iyulun 16-da Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüş barədə Oxu.Az əməkdaşının suallarını cavablandırıb: – Prezident İlham Əliyevin Qarabağ […]

Prezidentin Gömrük Komitəsinin idarəçiliyini həvalə etdiyi şəxs kimdir? – DOSYE

Azərbaycan Prezidenti İlham Əliyev Şahin Soltan oğlu Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.  Sənədlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağırova həvalə edilib. Oxu.Az onun dosyesini təqdim edir: Şahin Soltan […]

Ağalı sakinləri Zəngilana qayıdırlar: İlk mərhələdə köçəcək 41 ailə müayinə olundu – VİDEO

İyulun 19-da 41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək. Bu məqsədlə həmin ailələr sağlamlıq mərkəzində müayinə olunmağa çağırılıblar. 30 illik həsrətdən sonra doğma kəndlərinə qayıtmağa sayılı günlər qalan sakinlər ata-baba yurdlarına geri döndükləri üçün sevincli olduqlarını qeyd ediblər. Müayinə prosesi iki gün ərzində Masazır Ailə Sağlamlıq Mərkəzi və Abşeron Rayon Mərkəzi […]