Sabah hava necə olacaq?

Oxunma vaxtı:30 Saniyə

İyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Arabir güclənən şimal-qərb küləyi arabir əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 31-36, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60% olacaq.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-41, bəzi yerlərdə 43, dağlarda gecə 10-15, gündüz 27-32 dərəcə isti olacaq.

Loading

Next Post

Ağalıda əhaliyə sosial xidmətlər göstərilir – VİDEO

Baku TV əməkdaşları bu gün 10 ailənin köçdüyü Zəngilan rayonun Ağalı kəndində olublar. Belə ki, onlar əhaliyə göstərilən sosial xidmətlərlə də tanış olublar. Kənddə yeni təmirdən çıxmış market və restoran da fəaliyyət göstərir. Daha ətraflı Baku TV-nin süjetində: