Azərbaycanda orta aylıq əmək haqqı neçə faiz artıb?

Oxunma vaxtı:57 Saniyə

Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və yaxud 1,7 % artaraq 1 706 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, onlardan 903,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,5%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 13,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% artaraq 825,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Loading

Next Post

“Azərsığorta”nın Direktorlar Şurasının tərkibi TƏSDİQ EDİLDİ

Prezident İlham Əliyev “Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib: Direktorlar Şurasının sədri: Azər Bayramov – maliyyə nazirinin müavini Direktorlar Şurasının üzvləri: Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Gündüz Əliyev – Maliyyə Nazirliyinin Maliyyə xidmətləri […]