Azərbaycanda media subyektləri vergilərdən azad edilir. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən […]
İlham Əliyev Münxendə dəyirmi masada iştirak edir
Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
“Bu deputatların sözünü kəsəcəm” – Spikerdən XƏBƏRDARLIQ
“Qanun layihəsi ilə bağlı danışmayan deputatların sözünü kəsəcəm”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib. “Belə etmək olmaz. Bu qədər qanun layihələrimiz var. Kim 3 dəqiqəyə yazıla, danışa bilmədisə, hamısı burada mövzunu açırlar”, – deyə spiker bildirib.
ANSPRESS yenidən açıldı
Yeddi il əvvəl bağlanan ANS PRESS saytı yenidən açılıb. Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əvvəlki domenlə fəaliyyətə başlayan saytda artıq xəbərlər yenilənir. Saytın “haqqımızda” bölməsində anspress.com saytının ötən gündən etibarən fəaliyyətini davam etdirməyə başladığı qeyd olunur. Şirkətdən yaxın saatlardan bununla bağlı açıqlama veriləcəyi bildirilib. Xatırladaq ki, Vahid Mustafayevin rəhbəri […]
Metro istifadəçilərinə ŞAD XƏBƏR – Bu gündən…
“Bakı Metropoliteni” QSC xaricdən yeni qatarların alınması üçün texniki tapşırıqları hazırlayır. Bu barədə Dogrusoztv.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib. “Bakı Metropoliteni” QSC 2023-cü ildə də yeni vaqonların sifarişini planlaşdırılır. Onu da əlavə edək ki, QSC dünya metro vaqonları və bu sahə ilə bağlı digər istehsal sahələrinin təcrübəsini müntəzəm olaraq təqib edir, […]
İlham Əliyev Almaniyada – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.
Zəlzələ qurbanları Milli Məclisdə anıldı
Milli Məclisin bu gün keçirilən plenar iclasında qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olan şəxslərin xatirəsi anılıb. Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı təşəbbüs irəli sürüb. Deputatlar bir dəqiqəlik sükutla zəlzələ qurbanlarını xatirəsini yad ediblər. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda […]
Naxçıvan aeroportunda yoxlamalar APARILIR
Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb. Dgruxeber.info APA-ya istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır. Məlumatı qurumun direktor müavini Rafael İbrahimov da təsdiq edib. O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.
Xilasedicilərimiz Kahramanmaraşdan Hataya YOLA DÜŞDÜ
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərindən Hataya yola düşüb. Qardaş ölkədə qeydə alınmış təbii fəlakətin aradan qaldırılması üçün FHN-in 114 nəfərdən ibarət şəxsi heyəti Hataya gedib. Eyni zamanda Hatay şəhərinə xilasedicilərlə yanaşı FHN-in xüsusi təlim keçmiş 2 […]
Bakı-Quba yolunda maşın mikroavtobusla toqquşdu – 3 ölü, 7 yaralı (YENİLƏNİB)
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan daha biri vəfat edib. Hadisə nəticəsində 3 nəfər ölüb. 7 nəfər isə yaralıdır. *** 09:47 Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin […]