İcma sözçüsü: “Qərbi azərbaycanlılar reinteqrasiyaya və dinc yanaşı yaşamağa razıdırlar”

alfonsonri

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan tərəfinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə inteqrasiyası barədə məsələni gündəmə gətirməsinin danışıqlar prosesinin irəli aparılmasına çətinlik törətməsi barədə iddiası və Ermənistan hökumətinin Qarabağ ermənilərinin hüquqları məsələsi ilə bağlı spekulyasiyalarına toxunub. O, bununla bağlı deyib: “Sakinlərin yaşadıqları […]

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir

alfonsonri

Bakı şəhəri üzrə 17 avtobusun hərəkət sxemi üç günlük dəyişdiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, martın 12-14-də Bakıda 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişikliyə səbəb həmin tarixlərdə […]

Bakıda beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradıldı – SƏRƏNCAM

alfonsonri

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılır. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncamda deyilir: “İdman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan […]

Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları – AFİŞA

alfonsonri

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı qarşılaşmalar keçiriləcək. İngiltərə Premyer Liqasında turun açılış matçında son oyunda “Mançester Yunayted”ə yeddi cavabsız qolla qalib gələn “Liverpul” autsayder “Bornmut”un qonağı olacaq. Görüş Bakı vaxtı ilə 16:30-da start götürəcək. Çempionlar Liqasında mərhələ keçən “Çelsi” “Lester”in qonağı olacaq, Avropa çıxışını başa vuran “Tottenhem” isə […]

Prezident İlham Əliyev: “Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığının əməli nəticələrini görürük”

alfonsonri

“Sizi (Bolqarıstan Prezidenti Rumen Radev – red.) Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rumen Radev ilə videokonfrans formatında görüşündə bildirib. X Qlobal Bakı Forumunda iştirak etmək üçün səfərinə görə Bolqarıstan Prezidentinə təşəkkür edən dövlətimizin başçısı deyib: “Sizin […]

Sabah hava necə olacaq?

alfonsonri

Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 13-18 dərəcə […]

MM-in komitə sədri: “Qüsurlu uşaqlar”, “internat məktəbi” kimi sözlər artıq işlədilməyəcək”

alfonsonri

“Bu gün Azərbaycanda uşaqlar, ailələrlə bağlı güclü dövlət siyasəti var”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib. O bildirib ki, autizmli uşaqların cəmiyyət həyatında fəal iştirak etməsi vacibdir: “Autizmli uşaqların […]

Putin G20 sammitində iştirak edə bilər

alfonsonri

Vladimir Putin sentyabrda Hindistanda keçiriləcək G20 sammitində iştirak edə bilər. Bunun üçün Kreml Rusiya prezidentinin iş qrafikinə düzəlişlər edir. Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla xəbər yayıb. Bildirilir ki, Putin sammitə gedib-getməmək barədə hələ yekun qərar verməsə də, Kreml belə bir ehtimalı istisna etmir. O da vurğulanır ki, Putinə manevr […]

“İndiyədək 2 vətəndaşımızdan xəbər yoxdur” – XİN

alfonsonri

Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində 10 mart tarixində Azərbaycan vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib.  Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Rəsmi məlumata görə, bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər […]

Zakir Həsənovdan TAPŞIRIQ: “Təhdidlərə adekvat cavab verilsin”

alfonsonri

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik komandirləri, həmçinin videobağlantı vasitəsilə hərbi birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və […]