Onlayn və çap media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri açıqlanıb. Bu barədə MEDİA-dan məlumat verilib.
Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb
Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb. Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib. Dəyişikliklə, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir […]
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Ukraynaya 30-50 il müddətinə təhlükəsizlik zəmanətləri verməyi təklif edib. Bunu V.Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Ötən gün ABŞ Prezidenti ilə güclü təhlükəsizlik zəmanətlərinin olacağını təsdiqlədik. Həqiqətən də bu, əbədi deyil, sənədlərdə bu, təhlükəsizlik zəmanətlərinin uzadılması ehtimalı ilə 15 il müddətinədir”, – Ukrayna […]
Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2026-cı il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib. Qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir. Son nəticədə dövlət […]
Prezident ailəsi ilə “Ağ Şəhər”də olub
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün “Bakı Ağ Şəhər”də olublar.Dövlət başçısı, birinci xanım və qızları burada “Qarabağ atları” heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, “Zaman” meydanının və buradakı […]
Fərid Qayıbov: “Hər şey ideal deyil, ola da bilməz” – MÜSAHİBƏ
Gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibə verib. “Report”un da suallarını cavablandıran nazir 2025-ci ildə qazanılmış nailiyyətlər və qarşıdakı planlardan bəhs edib.- 2025-ci il üçün Azərbaycan idmanını necə dəyərləndirirsiniz?- Düşünürəm ki, Azərbaycan idmanı üçün uğurlu il oldu. Medal sayında rekordlarımız var. Bunu həm olimpiya, həm də qeyri-olimpiya növlərinə əsasən […]
Nazir: “Azərbaycandakı Olimpiya İdman Komplekslərinin bəzilərinin əsaslı təmirə ehtiyacı var”
Azərbaycandakı Olimpiya İdman Komplekslərinin bəzilərinin əsaslı təmirə ehtiyacı var. Bu barədə jurnalistlərə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazirin sözlərinə görə, demək olar ki, bütün rayonlarda Olimpiya İdman Kompleksi var. “Bunlar uzun illər ərzində tikilib. Yeni olmayanlar da var. Ölkə başçısı 28 ildir Milli Olimpiya Komitəsinin rəhbəridir. İlk […]
Sabunçuda yanğında xəsarət alan şəxs 8 gün sonra ölüb
Sabunçu rayonunda baş verən yanğında xəsarət alan şəxs ölüb. Dekabrın 19-da yanğın zamanı yanıq xəsarətləri almış Əli Əliquliyev dekabrın 27-də müalicə aldığı xəstəxanada ölüb. Araşdırma aparılır.
İran və BƏƏ XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Al Nahyanla telefon danışığı zamanı ikitərəfli münasibətləri və regional hadisələri müzakirə etdilər. Məlumatı İranın Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, nazirlər iki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluqlarını ifadə edərək qarşılıqlı maraq doğuran […]
Bakıda NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirilib
NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb Məlumata əsasən, yeni sistem çərçivəsində tətbiq […]