Əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək. Nazirlər Kabineti bununla bağlı “Əmək […]
KİV: Kiyev Tramp-Zelenski görüşündə israrlıdır
Ukrayna və ABŞ sülh sazişi ilə bağlı daim dialoq aparırlar, lakin növbəti danışıqlar raundunun keçiriləcəyi yer hələ müəyyənləşməyib. Bu barədə RBK-Ukrayna məlumatlı mənbəyə istinadən xəbər verib. Kiyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında şəxsi təmasın vacibliyində israr edir. “Məşvərətlər görüşlər arasında da dayanmır… Onlar daim davam […]
Nazirlik əhalini təşvişə düşməməyə ÇAĞIRIR
Pirəkəşkül və Ağdərədə 1-5 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhv etmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini […]
Laçına həyat qayıdıb – Prezidentdən PAYLAŞIM
Prezident İlham Əliyev Laçının işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə instaqram hesabında paylaşım edib. Paylaşımda deyilir: “Zəfər tariximiz: 1 dekabr 2020-ci il, Laçın”.
Sabahın havası ilə bağlı xəbərdarlıq edildi
Azərbaycanda noyabrın 30-da avtomobil yollarında gözləniləcək vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
II Qareginin qardaşının həbs müddəti uzadıldı
Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyanın məhkəməyəqədər həbs müddəti 2 ay, qardaşı oğlu Hambardzum Nersisyanınkı isə 3 ay uzadılıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Xatırladaq ki, onlar Respublika Partiyasından Vaqarşapat merliyinə namizəd Harutyun Mkrtçyanın şikayəti əsasında saxlanılıblar. Mkrtçyan iddia edib ki, Gevork və Hambardzum Nersisyan onun seçki […]
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə Ermənistanın iqtisadiyyat naziri görüşüb
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla görüşüb. Bu barədə İbrahim Yumaklı “X” hesabında paylaşım edib. “Ermənistanın iqtisadiyyat naziri cənab Gevorq Papoyan ilə keçirdiyimiz görüşdə qida və su israfının iqtisadi məsrəfləri, tədarük zəncirindəki itkilər və istehsalın səmərəliliyi üzərində müzakirə apardıq. Resursların qorunması və iqtisadi […]
Ötən gecə iki PUA Moldovanın hava sərhədini pozub
Ötən gecə iki naməlum pilotsuz uçuş aparatı (PUA) Moldovanın hava sərhədlərini pozub.Bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, PUA-lar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratması səbəbindən fövqəladə tədbir olaraq ölkənin hava məkanı təxminən bir saatdan çox müddətə müvəqqəti bağlanıb. Bu səbəbdən Kişinyovda enməli olan iki sərnişin təyyarəsi […]
“Qarabağ” Çempionlar Liqasında cari mövsüm 60 milyon manata yaxın gəlir əldə edib
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib. Ağdam təmsilçisinin indiyədək əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb. Bu mənada, “köhlən atlar” “Union” (Belçika), […]
Umerov və Kislitsa Ukrayna planını müzakirə etmək üçün ABŞ-a səfər ediblər – YENİLƏNİB
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib. Bu barədə “Bloomberg“ məlumat yayıb. Səfərin məqsədi ABŞ-ın Ukrayna planını müzakirə etməkdir. Məlumata görə, Umerov və Kislitsa Floridada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və ABŞ […]