Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur. Günəş küləyinin sürətinin 11-12 avqustda gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan […]
Sabah Azərbaycanda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil […]
Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək
Gələn ay İranda beş Xəzəryanı ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə konfrans keçiriləcək. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib. O deyib ki, sahilyanı ölkələrin razılığı ilə konfransın Tehranda keçirilməsi üçün şərait yaradılıb və sentyabrın 23-də beş sahilyanı ölkənin yüksək səviyyəli rəsmilərinin […]
Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev cari il avqustun 18-də, saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. […]
Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çad Respublikasını Milli Günü münasibətilə təbrik edib. Nazirlik bu barədə “X” sosial media hesabında yazıb. “Çad xalqını və hökumətini Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Çadın Milli Günü mübarək!” – paylaşımda qeyd olunub.
Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq
Bu gün Bakının Binə və Nardaran qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə. İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə. Tağıyev, M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə […]
UEFA Çempionlar Liqası: “Sabah” Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq
“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün Danimarka təmsilçisi “Orhus”la cavab matçına çıxacaq. Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. Fransalı FIFA referisi Villi Delajonun idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək. Komandalar arasında Danimarkada baş tutan ilk oyunda “Orhus” 2:1 hesablı qələbə qazanıb. Xatırladaq ki, Bakı klubu “Orhus”u […]
Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib
Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Tümen vilayətindəki “ZapSibNeftexim” neft-kimya kompleksinə zərbə endirib. Bu barədə “RBK-Ukrayna” məlumat yayıb. Qeyd olunub ki, əməliyyatı “Deep Strike” bölmələri həyata keçirib. Dronlar hədəfə qədər 2 min km-dən çox məsafə qət edib. Kompleksin ərazisində yanğın və dağıntılar qeydə alınıb.
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
Şahbuzda yol qəzası baş verib, ölən var. Hadisə Şahbuz-Batabat magistralında baş verib. Belə ki, “VAZ 21013” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır
Avqustun 12-si saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin […]