Baş prokuror Kamran Əliyev qətərli həmkarı İssa bin Saad Al Nuaimini Azərbaycana səfərə dəvət edib.Dohada keçirilən görüşdə Qətərin Baş prokuroru qurumlar arasında yüksək səviyyəli işgüzar münasibətlərin ölkələrin siyasi rəhbərlikləri arasında formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını bildirib. K.Əliyev hər iki ölkənin prokurorluqları arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib. Görüşdə Azərbaycanla Qətər […]
Bakının Süleyman Vəzirov küçəsində yenidənqurma işləri tamamlanmaq üzrədir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində – Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan ərazidə apardığı yenidənqurma işlərini yekunlaşdırmaq üzrədir. Uzunluğu 1100 metr olan sözügedən küçənin hərəkət hissəsinin eni 14 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat […]
Sabah hava yağmursuz keçəcək
Bakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz […]
Ərdoğan Türkiyə konstitusiyasını dəyişmək istəyir
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) 2026-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğana yeni konstitusiya təklifləri təqdim etmək niyyətindədir. “Ekonomim” qəzeti öz mənbələrinə istinadən yazıb ki, hakimiyyət prezident idarəetmə formasında bir sıra dəyişikliklər edə bilər. Bir müddət əvvəl “Cümhuriyet” qəzeti hakim partiya daxilindəki mənbələrə istinadən xəbər vermişdi ki, AK […]
Bu regionda 4 məktəb binası yenidən tikiləcək – RƏSMİ
Yeni tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 məktəb binasının sökülərək yenidən tikilməsi, 90-dan çox təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, son iki ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən […]
İlham Əliyev BƏƏ-də səfərdədir – Prezidentlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. Dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Sonra Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçıları “Gələcəyin […]
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 39 nömrəli binanın zirzəmisində fəaliyyət göstərən mebel sexində […]
“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları” təsdiqlənib
“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Ötən gecə Rusiya səmasında üzərində 94 PUA məhv edilib
Ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə vasitələri ölkə regionları, eləcə də Azov və Qara dənizlərin akvatoriyaları üzərində 94 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, ələ keçirilərək məhv edilən PUA-lardan 31-i Krasnodar diyarı, 22-si Rostov vilayəti, 10-u […]
Səbail və Yasamal rayonlarının bəzi ərazilərində qaz olmayacaq
Bu gün paytaxtın Səbail və Yasamal rayonlarının bəzi ərazilərində qaz olmayacaq. “Azəriqaz”dan verilən məlumata görə, saat 10:00-dan etibarən Səbail rayonu, 20-ci Sahədə tənzimləyicinin təmiri və siyirtmənin yenisi ilə əvəzlənməsi, Yasamal rayonunda isə yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bəzi ərazilərin qaz […]