Prezidentdən 1,5 milyonluq – Sərəncam

Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolu əsaslı təmir olunacaq. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Prezidentin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş […]

Allerqoloq qida allergiyası ilə bağlı valideynlərə çağırış edib: həkimə müraciət edin

Yay aylarında uşaqlarda qida allergiyasına daha çox rast gəlinir. Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim allerqoloqu Nihulya Şamilova deyib. Onun sözlərinə görə, qida allergiyasına çiyələk, şaftalı kimi meyvələr, dondurma və s. qidalar səbəb olur: “Bunlarla yanaşı, valideynlər allergiyası olan uşaqları hovuza apararkən diqqətli olmalıdır. Hovuzda xlorun miqdarının çoxluğundan […]

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir. Bununla bağlı “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişiklik edilməsi təklif olunub. Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliklə əlaqəli qeyd olunub ki, hazırda məktəbəqədər yaşlı uşaqların təhsili yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, həm də məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi […]

Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib

Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib. Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin […]

Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında iyunun 12-15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın […]

Sabah 36 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında iyunun 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın əksər […]

Nazir müavini: “Özbəkistan və Azərbaycan elektron ticarət platformasının yaradılması üzərində işləyir”

Özbəkistan və Azərbaycan iki ölkə arasında B2B və B2C səviyyələrində müqavilələrin bağlanmasına imkan verəcək elektron ticarət platformasının yaradılması üzərində işləyir. Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavini Xurram Teşabayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan – Özbəkistan: İqtisadi tərəfdaşlıq vektoru” panel sessiyasında bildirib. Onun sözlərinə görə, […]

Azər Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsal Birliyinin baş direktoru Azər Məmmədov Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək. Qəbul iyunun 13-də saat 11:00-da YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 22) baş tutacaq. Görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız […]

Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı […]

“Qarabağ” klubu dünya reytinqində irəliləyib

“Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə irəliləyib. Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır. “Zirə” (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. “Sabah” komandası 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub. “Araz-Naxçıvan” isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü […]