DİM sədri: Təxminən beş ilə bəzi ixtisaslar ləğv olunacaq

Təxminən 5 ilə bəzi ixtisaslar ləğv olunacaq. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, hər gün eyni işi görən, müəyyən cədvəl işi ilə məşğul olan […]

MM borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət verilməsini III oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq, Mülki, Vergi və Mənzil Məcəllələrində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. Layihəyə əsasən, Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, […]

Parlament Təminat Fonduna yeni səlahiyyət verilməsini III oxunuşda təsdiq edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət borcu haqqında” qanundadəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. Dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur. Bu, […]

Qazax və Samuxda qaz kəsiləcək

Bu gün Qazax və Samux rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14-18 iyulda Şıxlı” və “Yuxarı Salahlı” […]

Dövlət Xidməti: Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

Bu ilin I yarısında Azərbaycanda 7 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilib. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb. Bidirilir ki, 6 200-dən artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi müəyyən olunub. XRİTDX dövlət qurumlarını mövcud və yarana biləcək təhlükələrdən […]

Bakıda iki avtomobil toqquşub, 1 ölü, 5 yaralı var

 Bakıda iki avtomobil toqquşub. Sabunçu rayon ərazisində1965-ci il təvəllüdlü Abasov Rizvan Vaqif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Baxışzadə Təbriz Ələz oğlunun idarə etdiyi “Skoda Rapid” markalı avtomobilin toqquşub. Nəticədə “Kia Rio” markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb. Həmin vaxtı yanında olan oğlu 1991-ci […]

“Taxta bazarın”dakı yanğın tam söndürülüb – YENİLƏNİB

Bu gün Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan ərazidə yanğın baş verib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın tam söndürülüb.

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 12-də Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüş zamanı Azərbaycan ilə Ukraynanın tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi ardıcıl dəstəyin vacibliyi vurğulanıb. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Hökumətlərarası Komissiyanın […]

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.Bu barədə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib. Görüşdə, həmçinin Azərbaycan və Suriya arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi […]

Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib. İclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Ukraynanın energetika naziri German Galushchenko arasında görüş olub. Görüşdə ikitərəfli münasibətlərin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyinə görə minnətdarlıq […]