İlham Əliyev açılışda iştirak etdi – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi. Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına […]

Təmir işləri apararkən cərəyanın qurbanı oldu

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun Xaçınabad kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü İsmayıl İsmayılov elektrik xəttində təmir işləri apararkən onu cərəyan vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. İlkin ehtimallara görə, hadisəyə səbəb elektrik xəttində aparılan iş zamanı təhlükəsizlik qaydalarının pozulması və […]

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək. “Report”un əldə etdiyi məlumata görə, yük 5 vaqon təşkil edir. Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Qeyd edək ki, sonuncu dəfə, yəni […]

İran İsrail və ABŞ bazalarına 80-ci zərbə dalğasını elan edib

İran eskalasiyanın başlamasından bəri İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına qarşı 80-ci raket zərbəsi dalğasını elan edib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib. SEPAH qeyd edib ki, əsas hədəflər İsrailin şimalında qüvvələrin toplaşma əraziləridir. Qurum iddia edib ki, bu ərazilər heç bir məhdudiyyət olmadan kütləvi raket və pilotsuz […]

“Şirvan Aqro” ölkədə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir

Şamaxı rayonunda istifadəyə verilən “Şirvan Aqro” heyvandarlıq kompleksi ölkədə alternativ və yaşıl enerjidən istifadə edən ilk belə təsərrüfatdır. “Report”un Şamaxıya ezam olunan əməkdaşının xəbərinə görə, bu barədə jurnalistlərə Prezidentin izi ilə rayona təşkil edilən mediatur çərçivəsində məlumat verilib. Bildirilib ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə […]

Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

Azərbaycanda sabah bəzi yerlərdə intensiv yağıntı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° […]

Əliabadi: İran elektrik stansiyaları vurulacağı təqdirdə onların sürətli bərpasına dair plana malikdir

İran ABŞ və İsrail tərəfindən zərbələr endiriləcəyi təqdirdə elektrik stansiyalarını sürətlə bərpa etmək imkanlarına malikdir. Bu barədə ölkənin energetika naziri Abbas Əliabadi IRIB dövlət teleradio şirkətinə bildirib. O qeyd edib ki, vətəndaşlar narahat olmamalıdırlar: “Elektrik stansiyaları vurularsa, onlar sürətlə bərpa ediləcək və modernləşdiriləcək”. Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti […]

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib

Ramazan və Novruz bayramları ilə əlaqədar ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Bildirilib ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya […]

Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze müsəlman icmasını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib. Onlar bəyanatlarında II İliyanın vəfatı ilə əlaqədar yas tutan gürcü pravoslav xristianlarına göstərilən həmrəyliyə görə müsəlman icmasına təşəkkürlərini bildiriblər. M.Kavelaşvili vurğulayıb ki, müsəlman vətəndaşların bu həssas dönəmdə bayram tədbirlərindən imtina etməsi ölkədə […]