Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin edilib. C.Musayev bu təyinatadək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində […]
Sabah Bakıya və rayonlara qar yağacaq – PROQNOZ
Azərbaycanda fevralın 10-da qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]
Bu məlumatları yayan media subyektləri məsuliyyət daşıyacaq
Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı qəbul edib və məhkəmə təcrübəsinə bir sıra yeniliklər gətirib. Bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürülüb, məlumatın həqiqi olduğu ortaya […]
Azərbaycan MN rəhbərliyi Ər-Riyadda “World Defense Show” sərgisində iştirak edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Defense Show 2026” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib. Dünyanın tanınmış və aparıcı şirkətlərinin iştirak etdiyi sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendində şirkətin və ölkəmizdən olan digər özəl şirkətlərin […]
KİV: Türkiyə–Ermənistan sərhədində “Alican” keçid məntəqəsinin bərpası yekunlaşır
Türkiyə–Ermənistan sərhədində “Alican” keçid məntəqəsinin bərpası yekunlaşır. Bu barədə “Yeşil Iğdır” qəzeti məlumat yayıb. Qeyd edilib ki, İğdır valisi Fırat Taşolar 1993-cü ildən bəri bağlı olan Türkiyə Ermənistanla sərhəddəki “Alican” keçid məntəqəsində artıq yekunlaşmaq üzrə olan yenidənqurma və təmir işləri ilə tanış olmaq üçün məntəqəyə baş çəkib. Məlumata görə, vali […]
Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin olunub
Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub. Bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub. Qeyd edək ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. Ankara şəhərində ali təhsil alıb, […]
Milli Xalça Muzeyində macar qloben ustasının fərdi sərgisi olacaq
Azərbaycan Milli Xalça Muzeyində tanınmış macar qobelen ustası Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açılacaq. Bu barədə Muzeydən məlumat verilib. Açılışı fevralın 11-də baş tutacaq sərgidə tekstil sənətinin aparıcı nümayəndələrindən sayılan Juja Perelinin dünyagörüşünü, yaradıcı potensialını və yüksək peşəkarlığını əks etdirən 29 əsəri nümayiş olunacaq. Müəllifin ipək, yun […]
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşkül və Ağdərədə 9-13 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə […]
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birgə araşdırma aparır. Bu barədə AQTA-dan məlumat verilib. Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss […]
5 BÜRC nəhayət ikinci yarısı ilə qarşılaşacaq
Həyatımızın sevgisi nadir hallarda ən çox axtardığımız zaman gəlir. Bu, özümüzdən “Bu sevgiyə layiqikmi?” sualını verməyi dayandırdığımız zaman ortaya çıxır.Astroloqlar beş bürcün əsl sevgisini 2026-cı ildə tapacağını proqnozlaşdırırlar. Buğa Buğa üçün hər şey yazda başlayır – aprel ilə yayın əvvəlləri arasında, günlər uzananda və daha yumşaq işıq sizi istiliyi ilə […]