Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər); 2. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; […]

Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən “Sirius” müvəqqəti saxlama anbarında karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan avtomobil nəqliyyatı ilə gpndərilmiş 20 tondan çox kartofda təhlükəli karantin obyekti – qızılı kartof nematodu (Globodera rostochiensis) aşkarlanıb. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. Bildirilib ki, son illərdə idxal […]

Saatlının üç kəndində qaz kəsiləcək

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, diametri 200 mm olan “Dədə Qorqud kənd” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin yoxlanılması məqsədilə iyunun 17-də saat 10:00-dan etibarən sınaq işlərinə […]

Kreml: Rusiya İsrail – İran münaqişənin həlli üçün hər şeyi etməyə hazırdır

Moskva Yaxın Şərqdəki böhranın kökündə duran səbəblərin aradan qaldırılmasının tərəfdarıdır, Rusiya İsrail və İran arasındakı münaqişənin həlli üçün hər şeyi etməyə hazırdır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kreml İsrailin həyata keçirdiyi bombardmanlar fonunda İranda cəmiyyətin əhəmiyyətli konsolidasiyasını qeyd edir: “Biz regionda belə təhlükəli […]

İran parlamentinin sədri: İsrail heç bir “qırmızı xətt”ə riayət etmir

İran Silahlı Qüvvələri İsraili aciz vəziyyətə salacaq, çünki o, heç bir “qırmızı xətt”ə riayət etmir. Bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf iyunun 16-da ali qanunverici orqanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri düşmənə əsl cəhənnəm yaşadacaq və bütün dünya onun əzablarının şahidi olacaq. M.Qalibaf deyib ki, […]

QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar Mədinə hava limanındadır

Hazırda azərbaycanlı zəvvarlar Mədinə Beynəlxalq Hava Limanındadırlar.Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 11:00-12:00 radələrində azərbaycanlı hacılardan ibarət ilk qrup Vətənə yola düşəcək: “Reyslərdə heç bir dəyişiklik yoxdur. Azərbaycanlı zəvvarlar […]

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasən, iyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda […]