Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə arabir yağış yağacağı, 21-dən 22-nə keçən gecə saatlarında intensivləşəcəyi, axşama doğru dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 […]
Bazar günü 56 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. DİM-dən verilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil […]
Sızranda PUA hücumu nəticəsində iki nəfər ölüb
Sızranda (Rusiya) pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı iki nəfər ölüb. Bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev sosial şəbəkələrdə məlumat verib. Onun sözlərinə görə, xəsarət alanlar var. Lakin sayları dəqiqləşdirilməyib.
Azərbaycan nefti daha 5 dollar ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,98 ABŞ dolları və ya 4,25 % azalaraq 112,32 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 109,83 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Milli Məclisin sədri Rusiyaya işgüzar səfərə gedib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə gedib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Sankt-Peterburq şəhərinin “Pulkovo 3” hava limanında […]
Azərbaycan MN rəhbərliyi “EFES – 2026” təlimində iştirak etmək üçün Türkiyəyə gedib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri “EFES – 2026” çoxmillətli birgə müştərək təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Türkiyəyə işgüzar […]
Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 1,3 mlrd. manata yaxınlaşıb
Bu ilin yanvar – aprel ayları ərzində ölkə üzrə ən yüksək artım informasiya və rabitə sahəsində qeydə alınıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprel ayının sonuna olan məlumata əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı 2,1%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 3%-ə yüksəlib. Sahə üzrə […]
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən […]
SEPAH ABŞ-ı Yaxın Şərqdən kənarda zərbələrlə hədələyib
İrana qarşı hərbi hücumun yenidən baş verəcəyi təqdirdə, müharibə bu dəfə regiondan kənara çıxacaq. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb. SEPAH-ın bəyanatında İsrail və ABŞ-ın son təhdidlərinə toxunulub. Bildirilib ki, dünyanın ən bahalı orduları hesab edilən iki ordunun bütün imkanları ilə İrana hücum etmələrinə baxmayaraq, Tehran SEPAH-ın […]
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
Ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqları (95 tapşırıq) üzrə nəticələr elan edilib.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, […]