Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də rəsmi qarşılanma mərasimi olub.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib. Özbəkistan və Azərbaycanın Dövlət himnləri səsləndirilib. […]
Şavkat Mirziyoyev Bakıda “Özbəkistan” parkını açacaq
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkını açacaq. Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov sosial şəbəkələrdə məlumat verib. “Prezident Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə başlayıb. Səfər çərçivəsində dövlət başçımız Bakı, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək”, – məlumatda deyilir. Onun sözlərinə görə, bu […]
Nazirlik rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib
Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı məlumatlara münasibət bildirib. Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır. Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında orta və ali təhsil müəssisələrində […]
DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin […]
Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfərə gəlib. Onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub. Eyni zamanda E.Tatarın səfər çərçivəsində bir sıra tədbirlərə qatılacağı gözlənilir. Bundan başqa, Şimali Kipr Prezidentinə […]
Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir. Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında birinci oxunuş üçün müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Məlumat verilib ki, qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi […]
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək – RƏSMİ
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək.Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib. İdarə rəisi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının Konstitusiyaya əsaslandığını xatırladıb: “Bu hüquqların təmin edilməsi dövlətin ali […]
Zaxarova: Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir
Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir, onları pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər.Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib.
Klublararası dünya çempionatında 1/4 final cütləri bəlli olub
ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final cütləri müəyyənləşib.Bu, 1/8 final mərhələsinin son iki oyunundan sonra bəlli olub. Braziliya təmsilçilərindən “Fluminense” bu raundda Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası, “Palmeyras” İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gələcək. Fransanın PSJ kollektivi Almaniya çempionu “Bavariya”nın, İspaniya təmsilçisi “Real” isə “Borussiya” (Dortmund) komandasının müqavimətini […]
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir. Tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tutur. Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında […]