Ermənistan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı Cənubi Qafqaz regionunda cari hadisələr və Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmaları müzakirə edilib. Məsləhətləşmələr avqustun 21-də İrəvanda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın sədrliyi ilə keçirilib. Tərəflər iki ölkə arasında […]
Ağdərədəki yanğın zamanı mina partlayıb, xəsarət alan var
Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib. Partlayış zamanı yanğınsöndürən Babək Zeynalov yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur. Hazırda yanğının söndürülməsi işləri davam edir.(Report)
TDT Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda olacaq
Türk Dövlətləri Təşkilatı (TDT) Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda keçiriləcək. Bu barədə Bişkek şəhərində TDT-yə üzv dövlətlərinin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ilk görüşündə qərar qəbul olunub. Bildirilib ki, tədbirdə TDT, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Türkiyə nümayəndələri iştirak ediblər. Görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri Türk Dövlətləri […]
Prezident və birinci xanım Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Vəngli kəndində Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Lavrov: Putin bu ilin sonuna qədər Hindistana səfər edə bilər
Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin sonuna qədər Hindistana səfər edə bilər, hazırda bu istiqamətdə hazırlıq aparılır. Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Moskvada hindistanlı həmkarı Subramanyam Cayşankarla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. “Ali səviyyədə, xarici siyasət idarələri və digər dövlət qurumları səviyyəsində siyasi dialoqlarımız yüksək dinamikaya malikdir. […]
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva […]
Qazaxda köhnə xalça sexinin ərazisində yanğın olub
Qazax rayonu, Heydər Əliyev küçəsində köhnə xalça sexinin ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində […]
Avropada təbii qazın qiyməti artıb
Avropada təbii qazın birja qiymətləri cümə axşamı səhər saatlarında təxminən 1 % artıb. Bu, ICE London birjasının məlumatlarından bəlli olub. TTF indeksi (Avropanın Nidelandda yerləşən ən böyük habı) üzrə sentyabr fyuçersləri 1 000 kubmetr üçün 386,9 ABŞ dolları (+0,7 %) səviyyəsində ticarətə başlayıb. Daha sonra qiymət 1 000 kubmetr üçün […]
Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməli qoyulub
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev və Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.Dövlət başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.