Emin Əmrullayev: “Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atdı”

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb. Bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi feysbuk hesabında yazıb. ABF rəhbəri tarixi qalibiyyət münasibəti ilə yığmanı təbrik edib: “Sizə afərin, sizə əhsən. Böyük […]

BİZİM TƏQVİM: 5 iyul tarixində baş vermiş mühüm hadisələr

5 iyul 1921-ci ildə Rusiya Kommunist Partiyası Qafqaz Bürosunun iclasında keçmiş Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə büroda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsinə çalışsalar da, N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin etirazı və RK(b)P MK-nın işə qarışması […]

İsrail HƏMAS-ın Qəzza ilə bağlı son atəşkəs təklifinə cavabını nəzərdən keçirir

İsrail Fələstinin radikal HƏMAS hərəkatından Qəzza zolağında atəşkəslə bağlı son təklifə cavab aldığını təsdiqləyib. Bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb. Məlumata görə, İsrail hazırda sənədi öyrənir. Bundan əvvəl HƏMAS teleqram kanalında hərəkatın vasitəçilərə müsbət cavab verdiyini və müzakirə olunan təklifin həyata keçirilməsi ilə bağlı dərhal danışıqlara başlamağa hazır […]

ECO sammiti: Xankəndi qlobal məsələlərin müzakirə meydanına çevrilir – ŞƏRH

Azərbaycanın yürütdüyü müstəqil və balanslı xarici siyasət, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr öz bəhrəsini verməkdədir. COP29-un (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ardınca daha bir beynəlxalq tədbir Azərbaycanda reallaşdı. Bu dəfə işğaldan azad edilən Qarabağın mərkəzində – Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi.COP29-nun keçirildiyi […]

Mikayıl Cabbarov: ECO biznes-forumu 200-dən çox iştirakçı toplayıb

İyulun 2-də Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) VI biznes-forumu 200-dən çox iştirakçı toplayıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ECO-nun 17-ci Zirvə görüşündə bildirib. Onun sözlərinə görə, bu forum İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli platforma olub. “Tədbirdə əsas diqqət sektorlararası qarşılıqlı əlaqənin dərinləşdirilməsi, […]

Üç şəhid Kəlbəcərdə dəfn olundu – GÖRÜNTÜLƏR

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin nəşlərinin qalıqları dəfn olunmaq üçün Kəlbəcər rayonuna gətirilib. Kəlbəcər şəhərinin Şəhidlər xiyabanında keçirilən vida mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, […]

Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inandığını bildirib. Bunu dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib. Ərdoğan qeyd edib ki, sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır. “Türkiyə olaraq 2053-cu il üçün sıfır emissiyaya çatmaq və inkişaf yolunu […]

Pezeşkiandan TARİXİ NİTQ “Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir”

“Bizim ana dilimizdə təhsillə bağlı problemimiz var. Bunu danmaq düzgün deyil. Güney Azərbaycanda özünü türk adlandıranlara xor baxmaq olmaz. Bu insanların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür. Özlərinə başqa heç nə deyə bilməzlər, uydurma adlar isə qəbuledilməzdir. Onların ana dilində təhsili isə İranın həm milli, həm də beynəlxalq öhdəliyidir”. Bunu […]

Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.