Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana 4 vaqon gübrə və 1 vaqon qarabaşaq “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Gübrənin ümumi çəkisi 271 ton, qarabaşağın ümumi çəkisi isə 68 tondur. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Qeyd edək […]
Zaqatalada yol qəzası olub, xəsarət alan var
Zaqatalada yol qəzası baş verib. Hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb. Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.Faktla bağlı Zaqatala […]
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,85 ABŞ dolları və ya 5,9% azalaraq 116,05 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 122,9 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 […]
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev martın 23-də Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə […]
Putin Çinə gedir
Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinin tarixi üzərində iş gedir və tezliklə açıqlanacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə bildirib. “Biz səfərə hazırlıq üzərində işləyirik. Düşünürəm ki, bu, tezliklə açıqlanacaq”, – deyə nazir müavini Putinin Çinə səfərinin tarixi ilə bağlı sualı cavablandırarkən bildirib. Çin prezidenti Si Cinpinin […]
İlham Əliyev Şahbaz Şərifə məktub yazdı
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Əziz Qardaşım, 23 Mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Dərin tarixi […]
Prezident Şamaxıya gedib – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib. Dövlətimizin başçısı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Çoxuşaqlı müğənnilərin “sirri” – FOTOLAR
Azərbaycan musiqi səhnəsində parlayan xanım ifaçıların həyatı çox vaxt konsertlər, kliplər və mükafatlarla ölçülür. Halbuki onların bir qismi səhnə uğurları ilə yanaşı, böyük və məsuliyyətli bir “ana missiyası” da daşıyır. Çoxuşaqlı ana olmaq – xüsusilə də daim diqqət mərkəzində olan sənət adamı üçün – həm fiziki, həm də emosional baxımdan böyük güc […]
KİV: ABŞ-ın İranla müharibədə Xark adasını ələ keçirməkdən başqa çıxış yolu qalmayıb
ABŞ praktik olaraq İranın Xark adasını ələ keçirmək qərarına gəlib. Bu barədə İsrailin “The Jerusalem Post” qəzeti mənbələrə istinadən məlumat verib. “Vəziyyətlə tanış olan iki mənbə nəşrə bildirib ki, ABŞ-ın yüksək vəzifəli rəsmiləri son günlərdə İsrail və digər yerlərdəki həmkarlarına ABŞ-ın İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına başlamaqdan […]
Araqçi: Tehranla koordinasiya halında Yaponiya gəmiləri Hörmüzdən keçə bilər
Tehranla koordinasiya halında Yaponiya gəmiləri Hörmüz boğazından keçə bilər.Bunu “Kyodo” agentliyinə müsahibəsində İran xarici işlər naziri Abbas Araqçi bildirib.Abbas Araqçi deyib ki, Tehran qlobal enerji daşımaları üçün əsas arteriyalardan biri olan Hörmüz boğazından Yaponiya gəmilərinin keçidini asanlaşdırmağa hazırdır və bu məsələ ilə bağlı Yaponiya ilə danışıqlar davam edir: “Yaponiya kimi […]