Milli Məclisdə iclas: gündəlikdə 15 məsələ var – SİYAHI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib. 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi. 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi […]

Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 14-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Somali Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov […]

Göygöldə dəhşət: Ər arvadının qulağını KƏSDİ

Göygöl Rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirilib. O qeyd edib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin […]

“Azeri Light” bu gün də ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti nisbətən ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,79 ABŞ dolları və ya 1% azalaraq 76.85 ABŞ dollarına çatıb. Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 77,64 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il […]

Hindistan ABŞ ilə neft-qaz ticarətini artıracaq

Hindistan ABŞ ilə neft-qaz ticarətini artıracaq. Bunu Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra deyib. Modi bildirib ki, Hindistan enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ ilə neft-qaz ticarətini inkişaf etdirəcək. Onun sözlərinə görə, enerji infrastrukturuna investisiyalar artacaq. Modi qeyd edib ki, Trampla danışıqlar zamanı nüvə enerjisi […]

Bakının doqquz istiqamətdə sıxlıq müşahidə olunur – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Babək prospekti, mərkəz istiqamətində; 3. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində; 4. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 5. […]

Günün qoroskopu: Təkliflərə diqqət yetirin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Sevgi və romantikanın günü olan 14 fevral yalnız ürəkləri deyil, göy qübbəsini də xüsusi enerjilərlə doldurur. Bu gün təkcə sevgililər üçün deyil, hər birimizin həyatında sevgi ilə bağlı münasibətlərə, özümüzə qarşı hisslərə, dostluq və […]

Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb

ABŞ, Rusiya və Ukrayna rəsmiləri danışıqlar aparmaq üçün Almaniyada bir araya gələcək, gələn həftə isə Səudiyyə Ərəbistanında görüşəcəklər. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. “Sabah Münhendə, gələn həftə isə Səudiyyə Ərəbistanında yüksək rütbəli rəsmilərlə görüş olacaq. Müzakirələrə Ukrayna təmsilçilərindən başqa, Rusiya və ABŞ-dən olan nümayəndələr də qatılacaq”, – Tramp deyib. […]

Bakının Nərimanov rayonunun bir hissəsində qaz olmayacaq

Sabah Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Nərimanov rayonunda yol tikintisi ilə əlqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək. Bu səbəbdən fevralın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı […]

“İçərişəhər”ə yeni sədr təyin olundu

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.