Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb

Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə […]

Putin: İran nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir

İran nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir və Moskva Tehrana sülh xarakterli atom enerjisinin inkişafında yardım göstərməyə hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin “Sky News Arabia” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, İran dəfələrlə nüvə silahı yaratmaq planlarının olmadığını bildirib.

İsrail Müdafiə Qüvvələri “Sepah”ın komandirini öldürüb

İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Hava Qüvvələrinin (HHQ) ikinci PUA briqadasının komandiri Aminpur Cudakinin öldürüldüyünü bildirib. Bu barədə IDF-in “Telegram” kanalında məlumat verilib. Qeyd olunub ki, Cudaki IDF qüvvələri tərəfindən ikinci PUA briqadasının əvvəlki komandiri Tahir Purun iyunun 13-də öldürülməsindən sonra bu vəzifəyə […]

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,71 % azalaraq 80,34 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 78,21 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

BİZİM TƏQVİM: 21 iyunda baş vermiş tarixi hadisələr

Dünya Musiqi Gününün qeyd edilməsi ideyası 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edib. Fransalı bəstəkar Moris Flöre 1981-ci ildə mədəniyyət və kommunikasiyalar naziri Jak Lanqa bu barədə məlumat verib. 1982-ci ildə […]

UFC turnirilə bağlı Bakı metropoliteninin iş rejimində dəyişiklik olunacaq

Bu gün keçiriləcək “UFC Fight Night” (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata əsasən, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq: “Tədbir iştirakçılarının mənzil başına rahat […]

Azərbaycana yay fəsli daxil olub

Bu gün Azərbaycana saat 06:42:11-də Yay fəsli (Yay Günəş duruşu) daxil olub. Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlib. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatıb. Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni maksimum yüksəklikdə görünəcək. Eyni zamanda bu gün ilin […]

Abbas Əraqçi: Raket arsenalı məsələsini heç kimlə müzakirə etmirik

İran raket arsenalı məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmır. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 20-də Cenevrədə Avropa ”üçlüyü” (Böyük Britaniya, Alaniya və Fransa) nümayəndələri ilə danışıqlara işarə edərək bildirib. Onun sözlərinə görə, bu danışıq nüvə məsələsi ilə bağlıdır: “Aydınlaşdırım ki, raket məsələsi ilə bağlı heç kimlə […]

Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29‑cu Baş Assambleyası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Xorvatiyanın Vergi Administrasiyasının direktoru Bozidar Kutleşa ilə görüşüb. Görüşdə Azərbaycan və Xorvatiya arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi inzibatçılığının modernləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, risk əsaslı […]