Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb. Mübarizəyə saat 10:00-da start verilib. Bu gün ikinci dərəcəli pilotların yarışında sıralama turu da gerçəkləşəcək. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Bakıda iki yük avtomobilinin iştirakı ilə qəza olub, ölən var
Bakıda iki yük avtomobili toqquşub. Hadisə Sabunçu rayon ərazisində qeydə alınıb. Cəlilov Səməndər Lətif oğlu idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə Zabrat qəsəbəsində yerləşən “Rahat Super” marketin qarşısında dayanmış Abbasov Elman Cəbrayıl oğlunun istifadəsində olan “HOWO” markalı yük avtomobilinə arxadan çırpılıb. Nəticədə “Ford Transit” markalı avtomobilin sürücüsü Səməndər […]
Zelenski: Ukrayna üçün A planı müharibəni bitirməkdir
Bu gün müharibənin bir ilinin qiyməti 120 milyard dollardır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə birgə mətbuat konfransında bildirib. “60 milyard Ukraynanın büdcəsidir və gələn il üçün mənə daha 60 milyard tapmaq lazımdır”, – Zelenski deyib. Zelenskinin sözlərinə görə, onlar üçün A planı […]
Milli Məclisin sədri Malayziyada forumda çıxış edib
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının (AİPA) sessiyasında iştirak etmək məqsədilə Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Sahibə Qafarova Qadın Siyasi […]
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM
Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir ki, 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur. “Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını […]
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
ABŞ Dövlət Departamenti İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı olaraq tanıyıb. Bu barədə məlumat departamentin saytında dərc olunub. Sözügedən qruplaşmalar “Hərəkət əl-Nücəba”, “Kətaib Seyyid əl-Şühəda”, “Hərəkət Ənsar Allah əl-Əvfiya” və “Kataib əl-İmam Əli”dir. ABŞ Dövlət Departamenti “İranı dünyada terrorizmin sponsoru” adlandırıb və rəsmi Tehranın bu qruplaşmalara hər cür dəstək göstərdiyini […]
Metro bu günlərdə gecə 2-ə qədər işləyəcək
“Bakı Metropoliteni” QSC “Formula 1 üzrə Azərbaycan Qran-prisi” ilə əlaqədar iş rejimində dəyişiklik edəcək. Bu barədə qurumun yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin müraciətinə əsasən, sentyabrın 19-20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metropolitenin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Paytaxtda keçirilən […]
Roma Papası İsrail və HƏMAS-ı atəşkəsə çağırıb
Roma Papası Lev XIV İsrail ordusunun Qəzza şəhərinə hücumu ilə əlaqədar İsrail və HƏMAS arasında atəşkəsə yenidən çağırış edib. Bu barədə “Reuters” məlumat yayıb. Roma Papası Qəzza zolağında fələstinlilərin düşdüyü vəziyyəti pisləyərək mülki əhali ilə həmrəyliyini ifadə edib: “Mən Qəzza zolağında qorxu içində yaşamağa davam edən və bu şəraitdə sağ […]
“Bakı Kart”a yeni direktor təyin edilib
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC-yeni yeni direktor təyin edilib. Bu, Rüfət Babakişiyevdir. O, şirkətin rəhbərliyində Məmməd Allahverdiyevi əvəz edib. “K Group” 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 12,525 milyon manatdır.
Rusiya ordusu strateji şəhərə DAXİL OLDU
Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərində döyüşlər daha da şiddətlənib. Bu barədə “Deep State” jərbi analitik platforması məlumat yayıb. Məlumata görə, Rusiya ordusu şəhərə yalnız şimaldan deyil, həm də şimal-qərbdən daxil olaraq yaşayış massivlərində möhkəmlənib. Mənbələr bildirir ki, şimal istiqamətindəki “boz zona” artıq şəhər mərkəzinə qədər genişlənib və küçə döyüşləri davam […]