Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır

Ali Məhkəmə cinayət işi çərçivəsində baxılmış mülki iddiaya dair qəbul edilmiş hökmün icrası zamanı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin hissəyə izah verilməsinin mümkünlüyünə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə qərar Ali Məhkəmədə baxılan iş əsasında qəbul olunub. İşin hallarına görə, birinci instansiya məhkəməsinin hökmü […]

Milli Məclis Azərbaycanın “Metrik Konvensiya”ya qoşulmasını ratifikasiya edib

Milli Məclis Azərbaycanın “Metrik Konvensiya”ya qoşulmasını ratifikasiya edib. Konvensiyanın təsdiqi haqqında qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub. Deputatların müzakirəsindən sonra “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Qeyd edək ki, Metrik Konvensiya (Metr Konvensiyası) – ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, […]

Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək

Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.

Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmiləri, xarici nümayəndələr, diplomatik korpusun təmsilçiləri, deputatlar iştirak edir. Tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, […]

Niderlandın penalti kabusu davam etdi – 3 mundialdır eyni aqibət

Niderland millisi ardıcıl üçüncü dünya çempionatında mübarizəni penaltilər seriyasında dayandırıb. Avropa təmsilçisi DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilərlə uduzaraq turnirlə vidalaşıb. Niderlandın son üç dünya çempionatında penaltilərlə uduzduğu oyunlar belədir: DÇ-2014: Niderland – Argentina – yarımfinalDÇ-2022: Niderland – Argentina – 1/4 finalDÇ-2026: Niderland – Mərakeş – 1/16 final Qeyd edək ki, […]

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində üç saat işıq olmayacaq

Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi propekti, Əsəd Əhmədov, Abbas Mirzə […]

Türkiyə Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı NATO-dan güclü iradə gözləyir

Türkiyə NATO liderlərinin Ankarada keçiriləcək qarşıdakı sammitində Avropanın müdafiəsinin gücləndirilməsinə dair qəti siyasi iradənin nümayiş etdiriləcəyini gözləyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı zamanı bildirib. Türkiyə Prezidenti Administrasiyasının məlumatına əsasən, liderlər Ankara və Berlin arasındakı ikitərəfli əlaqələri, həmçinin regional və qlobal məsələləri müzakirə […]

“Türk Dünyası Həftəsi”: ortaq tarixdən ortaq gələcəyə – ŞƏRH

Müasir dövrdə dövlətlərin beynəlxalq nüfuzu yalnız iqtisadi və hərbi potensialı ilə deyil, həm də qlobal əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı ilə ölçülür. Son illər Azərbaycan bu istiqamətdə diqqətəlayiq uğurlar qazanaraq beynəlxalq konfransların, idman yarışlarının, humanitar forumların və siyasi sammitlərin keçirildiyi etibarlı məkana çevrilib.Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə […]

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Azərbaycanda bəzi bölgələrdə iyunun 30-u və iyulun 1-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Yardımlı, Lerik, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti […]

Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib

[center][img]https://azadmedia.az/uploads/posts/2026-06/1782737694_y5s9q8ixvk3svq-b.png[/img][/center]Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb. Qeyd edək ki, saziş bu il mayın 4-də Kito şəhərində imzalanıb.