Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,71 % azalaraq 80,34 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 78,21 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

BİZİM TƏQVİM: 21 iyunda baş vermiş tarixi hadisələr

Dünya Musiqi Gününün qeyd edilməsi ideyası 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edib. Fransalı bəstəkar Moris Flöre 1981-ci ildə mədəniyyət və kommunikasiyalar naziri Jak Lanqa bu barədə məlumat verib. 1982-ci ildə […]

UFC turnirilə bağlı Bakı metropoliteninin iş rejimində dəyişiklik olunacaq

Bu gün keçiriləcək “UFC Fight Night” (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata əsasən, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq: “Tədbir iştirakçılarının mənzil başına rahat […]

Azərbaycana yay fəsli daxil olub

Bu gün Azərbaycana saat 06:42:11-də Yay fəsli (Yay Günəş duruşu) daxil olub. Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlib. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatıb. Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni maksimum yüksəklikdə görünəcək. Eyni zamanda bu gün ilin […]

Abbas Əraqçi: Raket arsenalı məsələsini heç kimlə müzakirə etmirik

İran raket arsenalı məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmır. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 20-də Cenevrədə Avropa ”üçlüyü” (Böyük Britaniya, Alaniya və Fransa) nümayəndələri ilə danışıqlara işarə edərək bildirib. Onun sözlərinə görə, bu danışıq nüvə məsələsi ilə bağlıdır: “Aydınlaşdırım ki, raket məsələsi ilə bağlı heç kimlə […]

Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29‑cu Baş Assambleyası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Xorvatiyanın Vergi Administrasiyasının direktoru Bozidar Kutleşa ilə görüşüb. Görüşdə Azərbaycan və Xorvatiya arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi inzibatçılığının modernləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, risk əsaslı […]

Qaxın icra başçısı, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib. Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil. ***Əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar. […]

İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib. Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğuladı və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə […]

Bakının üç rayonuna prokuror təyin edilib

Bakının üç rayonunun prokuroru ikinci səlahiyyət müddətinə təyin edilib. Baş prokuror Kamran Əliyev bu barədə əmr imzalayıb. Əmrə əsasən Həsən Hənəfiyev Nəsimi rayonu, Hidayət Nurəlibəyov Nərimanov rayonu, Rəşid Mahmudov isə yenidən Suraxanı rayonunun prokuroru təyin edilib.