KİV: Azərbaycanın qlobal nüfuzu artır, Bakı ABŞ-nin Yaxın Şərqdəki səylərində rol oynayır

DogruSozTv Az

Azərbaycan son onilliklərdə təkcə Cənubi Qafqazda regional lider deyil, həm də Yaxın Şərq və Avropadakı maraqların kəsişməsində əsas oyunçu kimi ortaya çıxıb. Onun energetika sahəsindəki əhəmiyyəti, siyasi sabitliyi və əsas oyunçularla strateji tərəfdaşlığı Bakını regionda və ondan kənarda əsas proseslərə təsir göstərə bilən mühüm mərkəzə çevirir. Bu fikirlər “Eurasianet” analitik […]

Bağçalarda tərbiyəçilərin işə qəbulu üzrə test imtahanı başa çatıb

DogruSozTv Az

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb. İmtahanda ümumilikdə 4371 namizəd iştirak edib.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin nəticələri idarələrin rəsmi internet saytlarında və sosial şəbəkə hesablarında dərc olunacaq. Keçid balını toplamış […]

Koçaryan–Sarkisyan cütlüyünün son oyunu: revanşistlərin sülhə qarşı dirənişi – TƏHLİL

DogruSozTv Az

Cənubi Qafqazda sülhün real siyasi gündəmə çevrildiyi bir dövrdə Ermənistanda revanşist ritorikanın yenidən baş qaldırması ciddi narahatlıq doğurur. Xüsusilə sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi siyasi qruplar regionda sabitliyə və sülh təşəbbüslərinə qarşı ənənəvi “təhlükəsizlik qorxusu” ritorikasını dirçəldirlər. Bu iki siyasətçinin əsas məqsədi – öz siyasi keçmişlərinin […]

Sabah 2 rayonun qazı KƏSİLƏCƏK

DogruSozTv Az

Sabah Göyçay və Bakının Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında məhdudiyyət yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Göyçay rayonundakı qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, yeni krantların və tənzimləyici şkafların quraşdırılması, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi […]

Şəkər xəstəliyi xərclərini sığorta qarşılyacaq

DogruSozTv Az

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə biləcək. Qüvvədə olan qanuna görə, şəkərli diabet […]

2026-cı ildə Milli Məclisdəki partiyalara nə qədər vəsait ayrılacaq? – AÇIQLANDI

DogruSozTv Az

Gələn il deputatları Milli Məclisdə təmsil olunan siyasi partiyalara nə qədər vəsaitin ayrılacağı məlum olub. Bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub. Belə ki, 2026-cı ilin dövlət büdcəsində VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6 milyon manat vəsait nəzərdə […]

Gələn il sertifikasiyadan keçən müəllimlərə 212,8 milyon manat AYRILACAQ

DogruSozTv Az

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı nəzərdə tutulur.Sertifikasiyada uğur qazanan müəllim heyətin differensial əməkhaqqı sisteminə cəlb olunması üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 212,8 milyon manat vəsait nəzərdə tutulub. Bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub. Qeyd edək ki, sertifikasiyada […]

Gələn ay 12 gün iş olmayacaq – TƏQVİM

DogruSozTv Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq.8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq. Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri […]

Sabah hava yağmursuz keçəcək -PROQNOZ

DogruSozTv Az

Azərbaycanda oktyabrın 24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın […]

Biləsuvarda pozuntulara yol verən məktəb direktoru işdən çıxarılıb

DogruSozTv Az

Biləsuvarda məktəb direktoru işdən çıxarılıb.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirililib ki, daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbində araşdırma aparılıb. Araşdırma nəticəsində məktəbin direktoru Anar İmanovun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi, təhsilverənlərin etik […]