Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı aydın olub ki, şəhərlərin qurucuları məhz icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiya verənlərdir. Bunu Asiya Mənzil Hüquqları Koalisiyasının Baş katibi Lajana Manandhar tədbirin bağlanış mərasimində bildirib. “Vətəndaş cəmiyyəti, yerli hərəkatlar və qeyri-rəsmi məskunlaşma yerlərinin təmsilçiləri olaraq, Azərbaycan hökumətinə və […]
Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb
Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ […]
WUF13-ün bağlanış mərasimi keçirilir – CANLI
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçirilir. Bağlanış mərasimində rəsmilər, BMT təmsilçiləri və digər şəxslər iştirak edir.
Quterreşin müavini: BMT Azərbaycana minatəmizləmə işlərinə dəstəyini davam etdirir
BMT Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirir. Bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib. O bildirib ki, Qarabağda həyata keçirilən bərpa və reinteqrasiya proqramları Azərbaycan hökumətinin səlahiyyətində olan məsələdir və davamlı sülhün təmin edilməsinə xidmət edir. Əminə Məhəmməd qeyd edib […]
Sabah 28 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° […]
WUF13-də gələcəyin şəhərlərinin inşası üçün birləşməyə çağırış edilib
Dünya ictimaiyyəti gələcəyin şəhərlərinin inşası naminə səylərini birləşdirməlidir. Bu bəyanatla “TAF Africa Global” (bütün qitədə əlçatan və müasir mənzillərin inşası üzrə ixtisaslaşan, daşınmaz əmlak və tikinti sahəsində aparıcı Afrika şirkəti) şirkətinin baş direktoru Mustafa Nci Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən […]
Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Parlamentin mayın 26-da keçiriləcək iclasının gündəliyinə 13 məsələ daxildir: 1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı. 2. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. 3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən […]
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Bu gün saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək.Bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək. Tədbir məkanını ziyarət edəcək və ya bağlanış mərasimində iştirak edəcək şəxslərdən qeyd edilənləri nəzərə almaları xahiş olunur.
Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən xəbər verilib. Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb. Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət […]
Sabiq deputat Türkiyədə vəfat etdi
Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib. O, ötən gün İstanbulda dünyasını dəyişib. Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış. Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.(“Qafqazinfo”)