Ukrayna Rusiyanın Penza şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib, nəticədə bir sıra partlayışlardan sonra zavodlardan birinin ərazisində yanğın baş verib. Bu barədə Rusiyanın teleqram kanallarına istinadən “RBK-Ukrayna” məlumat yayıb. Onların məlumatına görə, Penzada raket təhlükəsi elan edilib, bundan sonra şəhərdə hava həyəcanı səsləndirilib. Daha sonra yerli sakinlər bir neçə […]
Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bölgədə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, Kəmaləddin Heydərovun vətəndaş qəbulunun 3 iyul 2026-cı il tarixində Zaqatala şəhərində keçirilməsi nəzərdə tutulurdu.
“Qarabağ” bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi “Xarkov”la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. “Köhlən atlar” ikinci matçında Macarıstanın “Ferentsvaroş” kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq. […]
Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib. Bu rəqəm kişilər üçün 2021-ci iyunun 30-da tamamlanıb. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun […]
Azərbaycan – İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür
Bu gün Azərbaycanla İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabında paylaşım olunub. “Bu gün Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının ildönümüdür. Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərdə bu mühüm mərhələ münasibətilə səmimi təbriklərimizi çatdırırıq”, – paylaşımda qeyd olunur.
İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə baş sağlığı verib. Məktubda bildirilib: “Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz […]
Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək
Mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub. Bu barədə Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan […]
Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
İyulun 3-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun MəmmədovLerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə nazirlik məlumat yayıb. Qəbulda iştirak etmək istəyən bu rayonların sakinləri DAİM-ə (051-512-57-88) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng […]
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Nazirlər beynəlxalq və regional […]
İyulun ilk gününə olan hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi […]