Ermənilər mövqelərimizi yenidən ATƏŞƏ TUTDU

alfonsonri

Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, […]

AzMİU-nun əməkdaşı işdə vəfat etdi

alfonsonri

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasının böyük laborantı Kosayeva Aybəniz Qədir qızı vəfat edib. Bu barədə universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat yayıb.  Onun sözlərinə görə, universitetin tibb xidmətinin və çağırılan təcili dibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. “Aybəniz […]

Kamran Əliyev İsmayıllıda vətəndaşları qəbul edəcək

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il martın 13-də, saat 10:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və […]

Onların aylıq vəzifə maaşları artırıldı – Baş nazirdən QƏRAR

alfonsonri

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə […]

Ərdoğan bu tarixdə Putin və Zelenski arasında görüş təşkil etmək istəyir

alfonsonri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin apreldə İstanbulda görüşünü təşkil etmək istəyir. Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin (İstanbul) rektoru Çağrı Erhan  Lente.ru-ya müsahibəsində deyib.  “Türkiyənin indi yeganə missiyası prezidentlər Putin və Zelenskinin xarici müdaxilə olmadan […]

“Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq” – İlham Əliyev

alfonsonri

Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib. Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan […]

Bakı Forumu başladı: Prezident çıxış edir – Canlı

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir. Əvvəlcə xatirə fotosu çəkdirildi. X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi […]

Zelenskidən Gürcüstandakı aksiyaya reaksiya

alfonsonri

Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tiflisdə səslənən dövlət himnimizə görə təşəkkür etmək istəyirəm. Bu, Ukraynaya hörmətdir və Gürcüstana səmimi hörmətimi ifadə etmək istəyirəm. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Zelenski vurğulayıb ki, elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanın uğurunu arzulamasın: […]

Türkiyədə zəlzələlərin vurduğu maddi zərər açıqlandı

alfonsonri

Türkiyədə son hesablamalara görə, zəlzələlərin vurduğu zərər təxminən 80 milyard dollardır. Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi bildirib. “Baş verənlər bizim üçün çox ağrılı hadisə idi. Təxmini ziyan 80 milyard dollardır. Zəlzələlər nəticəsində Su Ehtiyatları İdarəsinə dəyən zərər 22 milyard lirə (1,15 milyard dollar) təşkil edir”, – […]

Bakı hazırlıq görür: dəfələrlə xəbərdarlıq edilir…

alfonsonri

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra ermənilər eyni yoldan hərbi təyinatlı yükləri daşımağa davam edib, bu dəfə Rusiya sülhməramlının müşayiəti ilə. Rusların orada olması Azərbaycanın müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır. Bu, həm də Müdafiə Nazirliyinin dünənki xəbərdarlığına baxmayaraq, ermənilərin planlarından əl çəkmədiyinin isbatıdır. MN eyni məzmunlu xəbərdarlığı bu gün […]