“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-nin qarşılaşdığı konkret əməliyyat problemlərinin innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanları araşdırılacaq. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenges” innovasiya tədbirində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, […]
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Dünya bazarında Azərbaycan neftinin qiyməti 97 dolları ötüb. “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,72 ABŞ dolları və ya 5,08% artaraq 97,61 ABŞ dollarına yüksəlib. Bundan əvvəl Azərbaycan nefti 92,89 ABŞ dollarına ticarət edilmişdi. Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 […]
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək
Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə […]
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri Narendra Modi ilə görüşünə dair paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:
Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı – ŞƏRH
[center][img]https://azadmedia.az/uploads/posts/2026-09/1788267934_h74ak8e6p0zhflb-v.png[/img][/center]İrəvanın vaxtilə yürütdüyü işğalçı siyasət səbəbindən Türkiyə Ermənistanla sərhədi bağlayıb. Bu məsələnin həlli iki ölkə arasında münasibətlərin normallaşması üçün başlıca amillərdən sayılır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, rəsmi İrəvanın qiymətləndirməsinə görə, Ermənistan və Türkiyə ortaq sərhədin açılmasına hazırdır. Onun sözlərinə əsasən, bu, dövrün tələbidir. Nazir xatırladıb ki, […]
Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var
Suriyanın İdlib vilayətinin Binniş şəhərində hərbi sursatla dolu avtobusda partlayış baş verib. SANA xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib
Sabiq hərbi qulluqçular Tural Nuriyev və Əsəd Əliyev hərbi qulluqçuların müayinə nəticələrinə müdaxilə etmək adı ilə pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilib. 4 nəfərə qarşı dələduzluqda ittiham olunan həmin şəxslərlə bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Əsəd Əliyev […]
Kino Agentliyi 3 illik auditor seçib
Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi 2023-2025-ci illər üzrə maliyyə hesabatlarının auditi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub. Sorğunun qalibi “Principal” MMC-dir. Qalib şirkətə 12 min manat ödəniləcək.
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub. Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci […]
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edir – YENİLƏNİB
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir. “Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb. Sonra “ŞƏT plyus” […]