Yaxın Şərq mədəniyyətlərin, dinlərin, ilk dövlətin və s. mərkəzidir. Bu üstünlükləri ilə yanaşı dünyanın təbii sərvətləri ilə ən zəngin bölgəsidir. Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi regiondur. Bu bölgədə türklər, ərəblər, farslar, yəhudilərlə yanaşı çoxlu etnosun nümayəndələri yaşayır. Yaxın Şərqin əhalisinin 400 milyona yaxını müsəlman, 20 milyonu xristian, 7 […]
Ermənistanda polis əməkdaşları tərəfindən döyülən şəxslə bağlı Baş Prokurorluğa müraciət edilib
Ermənistanda vəkil Ara Qaragözyan müdafiə etdiyi şəxsin Armavirdə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib.Bu barədə Ermənistan KİV məlumat yayıb. Vəkilin sözlərinə görə, polislər həmin şəxsə evində zor tətbiq edib, bundan sonra onu məntəqəyə aparıblar və ağzını lentlə bağlayaraq döyməyə davam ediblər. Bunu təsdiqləmək üçün o, sosial şəbəkədə video və fotolar yerləşdirib. […]
Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb
Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı ilkin maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb. Altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün ilkin olaraq 1,5 milyon manat ayrılması nəzərdə tutulub. Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.
MM qəyyumluq və himayəçilik orqanlarının razılığına dair qərarın bir iş günü ərzində EHİS-ə daxil edilməsini son oxunuşda qəbul edib
Milli Məclis qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarlarının bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməsi haqqında dəyişikliyi son oxunuşda təsdiqləyib. Bununla bağlı parlamentin bugünkü plenar iclasında Ailə və Mülki Məcəllələrdə, “Yaşayış yeri və olduğu yer üzrə […]
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.Bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub. […]
Emin Əmrullayev Astarada vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 30 may tarixində Astara şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat evrilib. Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 13 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı […]
Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər. Komanda-qərargah təlimində […]
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək
Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında veriləcək.Xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə hazırlanacaq. Bundan sonra tibb müəssisələri xəstəlik vərəqələrini e-imza ilə təsdiq edərək işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə […]
Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimat Milli Məclisə daxil olub
Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimat Milli Məclisə daxil olub.Bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib. Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti sabah başa çatır.
Məktəblərdə 5 günlük tətil BAŞLADI
Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilib.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə […]