2025-ci ilin iyul ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 148 489 nəfər olub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Onların 112 548 nəfəri yaşa, 14 211 nəfəri əlilliyə, 21 730 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
Gimnastika üzrə Sumqayıt şəhərinin açıq birinciliyi başa çatıb
Gimnastika üzrə Sumqayıt şəhərinin açıq birinciliyi başa çatıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasınınn mətbuat xidmətindən məlumat verilib. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən turnirdə gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə çoxnövçülük proqramında çıxış ediblər. Kiçiklər 2018-ci il təvəllüdlülər 1. Sumqayıt OİK 2. Sumqayıt OİK 3. Abşeron OİK 2019-cu […]
Cəlilabadın kəndlərinin işıqları KƏSİLƏCƏK
Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 4 avqust tarixində 35 kV-luq “Göytəpə” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 11:30-dək rayonun Göytəpə şəhəri, Ağdaş, Axtaxana, Bəciravan, Darılıq, Fətullaqışlaq, Həziabad, Kazımabad, Maşlıq, Muğan, Privolnoye, Soyuqbulaq, Şıxlar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış […]
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:
Qalmaqallı sabiq hakim vəfat etdi
Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat edib. Bu haqda sosial şəbəkədə məlumat paylaşılıb. Sabiq hakim uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ənvər Seyidov 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır […]
Tovuzda yük maşını aşıb, xəsarət alan var
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı–Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşını idarəetmədən çıxıb. Nəticədə, yük maşını yol kənarındakı səkiyə çırpılıb, daha sonra isə yolda çıxaraq aşıb. Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Z.Şabanlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi […]
Qeyri-adi hadisə: 5 gün suyun altında qaldı
Çinin Hunan əyalətindən olan həvəskar dalğıc Vanq beş gün sualtı mağarada sağ qalmağı bacarıb. Hadisə iyulun 19-da baş verib. Həmin gün Vanq dostu ilə birlikdə çaya girdikdən cəmi beş dəqiqə sonra gözdən itib. Məlumata görə, Vanq suda üzərkən təsadüfən sualtı mağaraya daxil olub və orada azaraq həm zaman, həm də […]
Ermənistan-Amerika birgə hərbi təlimləri avqustun 12-də başlayacaq
Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək. Bu barədə Ermənistan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının, eləcə də Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq. Təlimlərin proqramına tibbi evakuasiya prosedurlarına xüsusi diqqət yetirilməklə sülhməramlı […]
Sabah Bakıda hava günəşli keçəcək
Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Bildirilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi […]
Bakıda ağır qəza: 18 yaşlı gənc öldü
Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb. Hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda baş verib. Məlumata görə, 1961-ci təvəllüdlü Balatir Əliyev idarə etdiyi VAZ-2104 markalı avtomaşın ilə hərəkətdə olarkən, piyada – 2007-ci il təvəllüdlü Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb. Faktla […]